Çıxsan, geri qayıda bilməyəcəksən — keçmiş bakılıları Moskvanın mehmanxanasından necə çıxarırlar
“Novaya qazeta”nın materialları əsasında
Rusiyada mütəmadi olaraq özəlləşdirilmiş keçmiş sovet yataqxanaları sahibləri ilə həmin yataqxanalarda yaşamağa davam edən Qafqaz ölkələrindən qaçqın düşmüş insanlar arasında münaqişələr baş verir. “Novaya qazeta” hazırda Moskvada davam edən münaqişələrin birindən danışır.
Boris Ayrapetyan Moskvanın şimal-şərqində yerləşən “Altay” mehmanxanasının köhnə korpusunun ikinci mərtəbəsinin pəncərəsindən boylanır.
•Gürcüstan vətəndaşları Avropada – vizasız, sığınacaqsız
•Gürcüstanda iki dəfə qaçqın düşənlər üçün qəribə yer
•Azərbaycanlı “işıq məhbusları” kimdir və nəyə görə onların halına acıyırlar
30 ildir ki, mehmanxana otağında yaşayan Boris tikinti idarəsinin keçmiş mühəndisidir. Son günlərdə otaqdan çıxma imkanları yoxdur. Ayrapetyana və daha iki ailəyə yeməyi qohumları və Bakıdan qaçqın düşmüş qonşuları gətirir. Bakılılar yeməyi iplə pəncərədən qaldırır.
– Mühafizə giriş qapısını bağlayıb! – Boris çiyinlərini çəkir.
Binadan ancaq divardakı dəlikdən – ikinci mərtəbədəki pəncərə deşiyindən çıxmaq olar. Amma Boris bu çıxışdan istifadə etməyə tələsmir, bilir ki, küçəyə çıxsa, öz otağına qayıda bilmək şansı yəqin ki, olmayacaq. O özü haqda bunları deyir:
«1988-ci il, Bakıda iğtişaşlar. Oradan təyyarə, qatar, avtobuslarla insanları çıxarırlar. Əsasən erməniləri, amma qarışıq ailələr də var idi. Kimisi Moskvaya qədər, kimisi Rostova qədər – kim hansı qatara düşsə.
Bizi bura gətirdilər.
Bir müddət qəbul məntəqəsində qaldıq, sonra bizi və daha 900 nəfəri bu mehmanxanaya gətirdilər. sonra da müddəti uzatdılar — əvvəl həftəlik, sonra daha artıq, sonra isə müddətsiz verdilər. Sonra “Azərbaycan SSR-dan məcburi çıxan vətəndaşların” Moskva mehmanxana və yataqxanalarında yaşamasını qanuniləşdirən qərar qəbul olundu.
Doxsanların sonunda bizi Vostryakovo [Moskvaətrafı] qəsəbəsinə yerləşdirməyə cəhd etdilər. Qaçqınlar razı idi buna, mən də razılaşdım, sənədləri hazırlayırdım, sonra da müqavilədə oxudum ki, birinci tələblə yeni evi tərk etməliyəm. Necə yəni? Mən imtina etdim.`
Sakinlərin problemləri bu yaxınlarda mehmanxanın sahibi dəyişəndən və yeni direktor təyin olunandan sonra başlayıb, Ayrapetyan danışır:
«Bir ay əvvəl binada təmir başladı. Bizi də sıxışdırmağa başladılar. Birinci suyu kəsdilər. Cümə günü, noyabrın 9-da isə direktor öz dəstəsi ilə gəldi.
Dedilər ki, otaqları bit, tarakan və siçan əleyhinə dərmanla dərmanlayacaqlar. Dedilər ki, bir neçə günlük bizə başqa mehmanxanada otaqlar kirayələməyi düşünürlər, çünki dərman zəhərlidir.
Biz şübhələndik və mehmanxananın yanında gözləməyə başladıq. Beş saat sonra yuxarı qalxdıq, bizə dedilər ki, ya yeni mülkiyyətçidən icazə gətirməli, ya da yaşamağa özümüzə başqa yer axtarmalıyıq. Təzə mülkiyyətçini heç tanımırıq da. Bizim daimi yaşama faktı haqda məhkəmə qərarımız var.
Pasport şöbəsində bizə dedilər ki, həmin qərar orada qanuni yaşadığımızı təsdiq edir. Nəticədə dolayı yollarla otaqlarımıza girə bildik, qapını balayıb, orada gecələdik. Səhər oyananda naqillərimizin kəsildiyini gördük”.
Bakılıların müraciət etdiyi sahə müvəkili məhkəmə qərarını “kağız parçası” adlandırıb.
“Onların mülkiyyət hüququ var”, – Zubkov deyib.
“Mənim isə burada yaşamaq hüququm var”, – Ayrapetyan cavab verib.
«Altay» mehmanxanasının icraçı direktoru Sergey Kondratenko bu münaqişə ilə bağlı mövqeyini telefonda söyləməkdən boyun qaçırdı.
Bu ailələrə hüquqi dəstəyi qaçqınlara və mühacirlərə kömək edən “Vətəndaş həmrəyliyi” xeyriyyə təşkilatı göstərir. Təşkilatın tarixi demək olar ki, 30 il əvvəl məhz bakılı ermənilərdən başlayıb.
Komitənin məlumatına görə, Rusiyada özəlləşdirilmiş keçmiş sovet yataqxanaları və Qafqaz ölkələrindən olan qaçqınlar arasında münaqişələr mütəmadi baş verir. (2005, 2014, 2018-ci illər).
Boris Ayrapetyandan (64 yaş) başqa Moskvanın “Altay” mehmanxanasının beşinci korpusunun ikinci mərtəbəsində işıqsız, susuz və istiliksiz İqor (55 yaş) və Qurik (16 yaş) Avakovlar, Stella Arutyunova (54 yaş) və Aleksandr Arakeylan (48 yaş) yaşayır.