Çeçenistanda “Novaya qazeta”nın jurnalisti və vəkil döyülüb
Rusiya tərkibində olan Çeçenistan respublikasının paytaxtı Qroznıda Rusiyanın “Novaya qazeta” nəşrinin şərhçisi Yelena Milaşina və tanınmış vəkil Marina Dubrovinaya qarşı hücum olub.
“Novaya qazeta”nın yazdığına görə, əsasən qadınlardan ibarət aqressiv qrup fevralın 6-da axşam saatlarında “Kontinent” mehmanxalasının hollunda onlara hücum edib. Jurnalisti və vəkili təpikləyib, hər şeyi kameraya çəkiblər.
Yelena Milişina bildirir ki, daha əvvəl dəfələrlə Çeçenistan hakimiyyətindən və şəxsən prezident Ramzan Kadırovdan təhdid alıb.
Milişina və Dubrovina Qroznıya
Милашина и Дубровина прибыли в Грозный на суд İslam Nuxanovun işi üzrə məhkəməyə gəliblər. Sonuncu Kadırovun yaxın çevrəsinə məxsus bahalı evləri videoya çəkib, internetdə yayandan sonra saxlanılıb.
Jurnalist və vəkil Çeçenistan polisinə hücuma məruz qaldıqları haqda şikayət ərizəsi yazıblar. Çeçenistan hakimiyyətindən hələ reaksiya verən olmayıb.
Бедная моя голова)
Posted by Elena Milashina on ხუთშაბათი, 06 თებერვალი, 2020
Yelena Milişina Çeçenistanda insan haqlarının pozulması haqda bir çox araşdırmaların, o cümlədən də oğurlandıqdan sonra “Kadırov adına zirzəmidə” boğularaq və güllələnərək öldürülən 27 nəfər haqda məqalənin müəllifidir. Onun respublikada geylərin təqibi haqda da araşdırması var. 57 yaşlı rayon polis şöbəsinin rəisi Najud Quçiqovun azyaşlı çeçen qızı Luiza Qoylabiyeva ilə evlənməsi haqda material böyük rezonans doğurmuşdu – jurnalistlərin bildirdiyinə görə, məmur qızı və onun ailəsini bu evliliyə məcbur edib. Məsələnin ictimailəşməsi və hüquq müdafiəçilərinin müdaxiləsi də onları xilas edə bilməyib – Ramzan Kadırov açıq şəkildə Quçiqovu dəstəkləyib.