Cənubi Osetiya prezident seçir
Bu gün, aprelin 9-da Cənubi Osetiyada eyni zamanda həm prezident seçkiləri, həm də adının “Cənubi Osetiya Dövləti – Alaniya”ya dəyişdirilməsi ilə bağlı referendum keçirilir.
Cənubi Osetiyanı özünün işğal olunmuş ərazisi hesab edən Gürcüstan həm prezident seçkilərini, həm də referendumu hüquqi nəticələri olmayan qanunsuz əməllər kimi qiymətləndirir.
Cənubi Osetiyada prezident vəzifəsinə üç namizəd var:
[yes_list]
- İndiki prezident Leonid Tibilov,
- Parlament sədri Anatoli Bibilov,
- Və yerli DTK əməkdaşı Alan Qaqloyev.
[/yes_list]
Axırıncı iki namizəd öz seçki kampaniyalarını daha çox mövcud hakimiyyətin tənqidi üzərində qurur, onu qeyri-effektiv adlandırır və sırf Rusiyanın dotasiyalarından asılı olduğunu deyirlər.
İndiki prezident Tibilovun şüarı “Stabillik və inkişaf”dır.
Seçkilərdən bir qədər əvvəl prezident Tibilov Rusiya prezidenti ilə görüşüb, Rusiya dotasiyalar vasitəsiylə Cənubi Osetiyanın büdcəsinin 90 faizdən çoxunu formalaşdırır.
Bununla belə, hər üç prezident Cənubi Osetiyanın Rusiyaya birləşməsi və referendumun nəticəsində adının “Cənubi Osetiya Dövləti – Alaniya”ya dəyişdirilməsi ideyasını dəstəkləyir.
Respublika ərazisində cəmi 77 seçki məntəqəsi açılacaq, onlardan beşi Rusiya ərazisində olacaq.
MSK-nın məlumatlarına görə, respublikada 32,736 seçici qeydiyyatdan keçib, bu zaman yekun seçici siyahıları hələ də yoxdur.
İştirak həddi 50 faiz və bir səs təşkil edir. Qələbə çalmaq üçün namizəd 50 faizdən çox səs toplamalıdır.
Mövcud hakimiyyətin opponentləri daha çox Şimali Osetiya ərazisində yerləşən üç məntəqədə seçkilərin saxtalaşdırılmasından narahatdırlar.
Vladikavkazda aprelin 7-də etiraz aksiyası
Seçki ərəfəsində Osetiya “Facebook”unda səciyyəvi şərhlər:
“Osetiyada sizə Kadırov lazımdırsa, Bibilova səs verin!”
“İnsanları işlə təmin etsəydiz, seçkilər vaxtı da belə çaxnaşma olmazdı”
“Dalaşmayın, cənablar! Axırıncı prezidenti seçmirik ki… əsəblərinizi qoruyun”
“Yalnız öz ordusu olan müstəqil, suveren Cənubi Osetiya, heç bir başqa dövlətə inteqrasiya olmadan!!!”
1990-cı illərdə baş tutan Gürcüstan-Osetiya münaqişə dövrlərindən Cənubi Osetiyanın öz ölkəsinin bir hissəsinin olduğuna təkid etməkdə davam edən Gürcüstan həm Cənubi Osetiyadakı seçkiləri, həm də referendumu “qeyri-legitim, bütün beynəlxalq prinsipləri pozan” adlandırır.
Gürcüstanın xarici işlər naziri Mixail Canelidze bildirib: “Bu aksiyaların heç bir hüquqi nəticələri ola bilməz, onlar beynəlxalq ictimaiyyət üçün qəbuledilməzdir və Gürcüstan hakimiyyəti onun müvafiq reaksiya verməsi üçün əlindən gələni edir”.
“Avropa Gürcüstanı” müxalif fraksiyanın nümayəndəsi Serqi Kapanadze Cənubi Osetiyadakı seçkiləri və referendumu “Rusiyanın işğal olunmuş ərazidə fəallığı” adlandırır. Onun fikrincə, “bütün bunların ikili məqsədi var – Qafqaz regionuna təsir göstərmək və baş verənləri Qərblə münasibətlərdə rıçaq kimi istifadə etmək”.