Cəlilabad xəstəxanasından hekayə: "Yaxşı ki bütün bunları öz gözümlə gördüm"
Azərbaycanda dörd mindən artıq insan koronavirus epidemiyasına görə karantinə salınıb. Onların əksəriyyəti xaricdən qayıdan Azərbaycan vətəndaşlarıdır.
Nigar Türkiyədən Azərbaycana gələndə, onu Bakı hava limanından birbaşa Cəlilabad Mərkəzi xəstəxanasına karantinə aparıblar.

“Bu gün karantinin 14cü günüdür. Biz elə bilirdik ki, bu gün buraxacaqlar, amma yenə də test edirlər, üçüncü dəfə.
Günümüz çox sıxıcı keçir: bizə heç bir məlumat vermirlər, və ən stresli məqam budur – bilmirik, nə vaxt çıxacağıq. Möhkəm olmağa çalışıram.
İnternetə girib, dostlarla yazışıram, başımı qatıram. Bura gələndə, o gədər tanıdığım və tanımadığım insanlar mənə yazıb dəstək veriblər ki! Bu çox əla bir hissdir.


Bura gələndən çox şey dəyişdi.
Misalçün, əvvəl “təki burdan çıxım” fikirləşirdim. Sonra tibb işçilərin vəziyyətini görəndə, səhhiyə sisteminə görə ürəyim ağrımağa başladı. Əlcək, spirt tapılmır, çox çətin vəziyyətdə işləyirlər. Amma yenə də çox mehribandılar, stresi büruzə verməyib bizlə çox mehriban davranırlar, “bacımsan”, “balamsan” deyəndə adama ləzzət edir.
Burada səbirli olmağa öyrənmişəm.
Peşman deyiləm ki bura gəldim – yaxşı ki bütün bunları öz gözümlə gördüm.
Özümü psixoliji hazırlayıram ki, birdən yoluxsam, deməli, virusla mübarizə aparmalı olacam. İndi hamı bu ehtimalla yaşayır. Təki evə gedib, başqaları yoluxdurmayım.
Evdən nəsə gətirməyə qoyurlar, amma mən heç kəsə əziyət vermək istəmədim, evdəkilərə də qoymadım Bakıdan gəlsinlər.
Amma rəfiqəmin rəfiqəsi burda qalır – sağ olsun, dünən o gədər şirniyyat göndərib! Tort alıb göndərmişdi, o tortu burda görəndə, məndə qəribə və xpş bir hiss yarandı. Neçə gündür belə bir sevinc yaşamamışdım.
Bir də anamın yeməkləri üçün dəhşət darıxıram!”
P.S. Bu gün Nigar və onunla karantində qalan digər gənclər evə buraxılıblar. Testləri “təmiz” çıxıb. Təbrik edirik!

Foto: Nigar Mübariz