“Cəbhələrin bütün tərəflərində çoxlu uşaqlar var” – Ukrayna və ikinci Qarabağ müharibələri, paralellər
Qarabağ müharibəsi və Ukrayna müharibəsi
“Ukraynada müharibə başladığını öyrənəndə avtobusda gedirdim. Bu şok idi. Mən partlayış səslərindən oyanan ukraynalıların çaşqın üzlərini təsəvvür etdim. Bir anda sığınacağa çevrilən metroya düşməyə tələsən insanların üzlərini. Ya da ilk ehtiyac ərzaqları tədarük edən insanların.
Ukraynada, həm də Rusiya hərbçilərinin ailələrində hökm sürən həyəcanı, qorxunu və əminsizliyi təsəvvür etdim.
Müharibə mənə yaşadıqlarımdan tanışdır. 2020-ci ilin payızında 44 günlük müharibə zamanı mən Qarabağın paytaxtı Stepanakertdə (Xankəndi) idim.
- Şurnux: Qarabağ müharibəsinin ikiyə böldüyü kənd
- “Qəhrəmanların canı ağrımır”: müharibə iştirakçıları niyə psixoloqa getmir?
- Müharibədən sağ çıxan gil ulağın hekayəsi
2020-ci il sentyabrın 27-də hərbi toqquşmalar başlayandan sonra yüz minlərlə insanın bir anda faciəyə çevrilərn taleyi mənim üçün önəmli və yaxın oldu.
Rusiya qoşunlarının irəlilədiyini eşitdiyim zaman mən sanki Qarabağ müharibəsində hiss etdiklərimi yenidən yaşamağa başladım.
İndi də xəbərləri və analitik məqalələri oxuduqca paralellər aparıram. Yəqin mən bu paralelləri həmişə aparacam. Bu, bizim zirzəmilərdə yaşadığımız və işlədiyiiz həmin günlərdə aldığım travmanın nəticəsidir. Hərbi şəhərcikdəki həyat məni tamam dəyişdi.
İndiyə qədər müharibələr ancaq tele-radio verilişlər və qəzet məqalələri halında mövcud idi. Burada isə öz həyatı və yaxınlarına görə qorxan konkret insanların faciələri gözlərimin qarşısında canlandı.
Kiyevdə partlayışlar haqda oxuyanda stepanakertli rəfiqəm Marqaritanın uşaqlarını xatırlayıram. Müharibədən sonra artıq il yarım keçib, amma hər bazar günü səhər onlar hələ də valideynlərinin yataq otağına qaçırlar. 2020-ci il sentyabrın 27-də ikinci Qarabağ müharibəsi başlayanda bazar günü idi.
Mən onu da başa düşürəm ki, cəbhənin bütün tərəflərində – Ermənistan-Azərbaycan, Ukrayna-Rusiya və ya hər hansı başqa – belə uşaqlar çoxdur.
Xəbər lentləri bu gün milyonlarla ukraynalının evlərini atıb, getdikləri, nə zamansa evlərinə geri dönüb-dönməyəcəklərini bilmədikləri haqda məlumatlarlarla doludur.
Belə alındı ki, 2020-ci il sentyabrın 27-də axşam mən Stepanakertə gedirdim. Qarşıdan qadın və uşaqları partlayış və atəş səslərindən uzağa daşıyıb aparan maşın axını gedirdi.
Müharibə yüz minlərlə sadə insan həyatından və taleyindən ibarət böyük faciədir”.
Bu hekayə “Trayektoriya” media layihəsinin bir hissəsidir. Layihə Cənubi Qafqazda münaqişənin həyatlarına toxunduğu insanlardan bəhs edir. Bütün Cənubi Qafqazdan olan müəlliflər və redaktorlarla işləyir və münaqişələrin heç birində tərəflərdən heç birini dəstəkləmir. Bu səhifədəki materiallara görə müəlliflər məsuliyyət daşıyır. Əksər hallarda toponimlər müəlliflərin cəmiyyətlərində qəbul olunduğu kimi istifadə edilir. Layihə Avropa İttifaqının dəstəyilə GoGroup Media və International Alert təşkilatları tərəfindən həyata keçirilir.