Burçuladzenin partiyası
Dünyaca məşhur müğənninin yeni “Xalq üçün dövlət siyasi hərəkatı öz gücünü artıq bir neçə aydan sonra – oktyabrın 8-də keçiriləcək parlament seçkilərində sınayacaq. Bu haqda Burçuladze mayın 12-də jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.
Bu, onun siyasətçi qismində ilk çıxışı idi. Tamaşaçılarla dolu zal qarşısında çıxış etməyi adət edən müğənninin gərginliyi hiss olunurdu.
“Bu gün biz “Xalq üçün dövlət siyasi hərəkatına başlayırıq… Sizə bu gün vətəndaşlarımızın necə acınacaqlı vəziyyətdə olduğunu danışmayacam. Bundan çıxış edərək biz bu gün öz həyatına başlayan hərəkat yaratdıq, – deyə Burçuladze bildirib.
Hələ ötən ilin dekabr ayında o, seçici kampaniyasını xatırladan fəaliyyətə başladı – “Gürcüstanın inkişaf fondunu yaratdı, əhali ilə görüşlər keçirməyə, regionlarda ofislər açmağa və komanda yığmağa başladı. Maraqlıdır ki, axır vaxtlarda o, iki dəfə Vaşitqtona səfər etməyə də imkan tapıb.
Amma son vaxtlara qədər məlum deyildi ki, o öz siyasi partiyasını “ifa etməyə risk edəcək yoxsa yox.
35 illik opera karyerası və özünün “İavnana fondunun xeyriyyəçilik fəaliyyəti ilə Burçuladze vətənində çox hörmətli bir şəxs oldu.
ABŞ-ın Beynəlxalq Respublika İnstitutunun sifarişi ilə mart ayında keçirilən ictimai fikir sorğusunun nəticələrinə görə, sorğu iştirakçılarının 12 faizi opera müğənnisinin partiyasını dəstəkləməyə hazırdır. Həmin sorğunun nəticələrinə görə, Burçuladze siyasətçilər arasında ən böyük reytinqə malikdir, o, 75% sorğu iştirakçılarının xoşuna gəlir.
Burçuladzenin siyasi baxışları haqqında məlum olan ancaq odur ki, o özünü ölkənin Qərb yönlü tərəfdarı hesab edir və indiki hakimiyyəti sərt tənqid edir, əsas məqsədlərdən biri kimi də Gürcüstana ölkəni ağır həyat şəraiti səbəbindən tərk edən emiqrantarın qaytarılmasında görür.
Özünün “Facebook səhifəsində o keçmiş baş nazir Bidzina İvanişvilinin ünvanına sərt ifadələr işlədərək bildirib ki “dövləti bu gün qeyri-rəsmi hakim öz zövqü ilə yaratdığı ölkədə idarə edir və bütün bunlara tezliklə son qoyulacaq.
Özünün siyasətdə əsas məqsədi kimi Burçuladze yeni siyasi elitanın – yeni, xalqa 25 illik ümidsizlikdən sonra gələcəyə inamını qaytaran yüksək ixtisaslı peşəkarlar nəslinin qaytarılmasını göstərir.
Amma hələlik məşhur müğənninin partiyasına kimin qoşulacağı məlum deyil. Dünənki brifinqdə o tək iştirak edirdi, televiziya debatlarında isə Burçuladzenin partiyası adından hələlik ancaq 2013-cü ilin noyabr ayına qədər ədliyyə nazirinin birinci müavini olan David Candieri, siyasi şərhçi Xatuna Laqazidze və hakimiyyəti tez-tez “passiv və səmərəsiz siyasətinə görə tənqid edən Xristian-demokrat hərəkatının keçmiş üzvü Georgi Ruxadze iştirak edirdilər.
Burçuladze siyasi bəyanat verənə qədər onu artıq keçmiş prezident Saakaşvilinin “Milli hərəkat partiyasının satelliti adlandırdılar. Bu haqda hakim “Gürcü partiyasının icra katibi bildirib.
Burçuladzenin özü bu ittihamlara aşağıdakı cavabı verdi:
“Mən Saakaşvilinin hakimiyyəti dövründə harada olmuşam? Bütün bu doqquz il ərzində mən ölkənin keşiyində durmuşam. Və tək doqquz il yox. Son 25 il ərzində mən liderlərimizi dəstəkləmişəm, ta onlar yeni nəsə yaradana və insanların ümidi ölməyənə qədər. Amma mən indi hakimiyyətdə dəstəklənməli olan bir nəfər də görmürəm. Bu gün ölkə elə bir vəziyyətdədir ki, mən karyeramı, gözəl həyatımı atıb, siyasi hərəkata başçılıq etməli oldum.
Bütün liderləri dəstəklədiyini deyərkən, Burçuladze yalan danışmırdı. Opera müğənnisinin tək əvvəlki hakimlərlə deyil, bir vaxtlar İvanişvili ilə də kifayət qədər yaxşı münasibətləri olub.
Artıq mayın axırında “Xalq üçün dövlət təsis qurultayı keçirəcək və Gürcüstanda iyunun 8-də, seçkilərdən 4 ay əvvəl rəsmi şəkildə başlayan seçkiqabağı kampaniyası mərhələsinə keçəcək.
İndi məsələ ondadır ki, Burçuladzenin siyasi partiyası bunun qədər effektiv olacaqmı:
Dərc olunub 13.05.2016