Burada yatırlar. Amma tək bu deyil
Suxumdan söhbət düşən kimi təsəvvürlərdə dərhal “Meymun pitomniki və Botanika bağı, həm də məşhur “Brexalovka canlanır.
Amma Suxum əhalisinin böyük hissəsi heç də burada yaşamır. 80 min vətəndaşın üçdə bir hissəsindən çoxu “ekonom klass rayonunda – abxaz paytaxtının qərbində, şəhərin çıxacağında yerləşən Yeni rayonda yaşayırlar.
Adından da bəlli olduğu kimi, “Yeni rayon nisbətən təzədir. Burada ilk beş mərtəbəli binaları 60-cı illərdə tikiblər.
Yerli sakinlər “Yeni rayonu sadəcə “rayon adlandırırlar. Taksi sürücüsünün “Sizi hara aparım? – sualına sadəcə “rayona – deyə cavab versəniz, sizi heç şübhəsiz məhz Yeni rayona gətirəcəklər. Bu, şəhərin içində şəhər və ya suxumluların zarafatla dediyi kimi “paralel şəhərdir.
“Mərkəzdə yaşayanlar bura ancaq toy və ya yasa gələ bilərlər. Ona görə də onlar buraları çox pis tanıyırlar. Eyni tipli çox mərtəbəli binalar burada böyük bir ərazidə elə səpələnib ki, hətta binaların nömrələnməsi belə lazım olan ünvanı tapmağa kömək etmir. Burada saatlarla, yerli sakinlərdən kimsə gəlib, sizi əlinizdən tutub, lazım olan evə aparmayınca, fırlanmaq olar. Qayınım ildə bir-iki dəfə bizə qonaq gəlir və hər dəfəsində də elə bil labirintə düşür, – taksi sürücüsü Armen danışır.
“Yeni rayon sakinlərinin özləri isə təbii ki, buraları çox yaxşı tanıyır. Axı iş yerlərinin əksəriyyəti hər halda Suxumun mərkəzi hissəsində yerləşir. Ona görə də hər gün mərkəzə, sonra da geri evə getmək lazım olur.
Burada memarlıq abidələri rast gəlinmir, ancaq klassik “tez və ucuz ev vermək prinsipi ilə tikilən sovet binalarıdır. Amma bura Suxumun ən çox əhalisi olan yeridir. Və onun təyinatı da elə bu cürdür – hardasa işləyəndən, oxuyandan və şənlənəndən sonra bura yatmağa gəlmək. Bununla belə Yeni rayon yaşam üçün tam münasib bir yerdir. Burada məktəblər, uşaq bağçaları, mağazalar, futbol meydançaları, Yeni ildə öz yolkası və hətta dənizə öz çıxışı var. İctimai nəqliyyat da bura Suxumun digər yerləri ilə müqayisədə daha tez-tez və sutkanın daha gec vaxtına qədər gəlir.
Asida universitet tələbəsidir. Özü Qudautdandır, amma oradan dərsə getmək uzaq olduğu üçün, rəfiqəsi ilə birlikdə Yeni rayonda mənzil kirayələyir. Hələ ki, onu ancaq kirayə haqqının məbləği sevindirir. İki otaqlı mənzilə görə cəmi üç min rubl [təxminən $40] az qala havayıdır. Suxumun mərkəzində bu cür ev on dəfə daha baha başa gəlir.
Düzdür, bu müsbət cəhət universitetə və geri evə yolla “kompensasiya olunur.
“Dərsə həmişə ya krossovkada, ya da dabansız ayaqqabı ilə gedirəm. Başqa cür alınmır. Yaşadığım evdən dayanacağa qədər dağılmış səki, qalın çınqıl qatı ilə örtülmüş yolla üç həyət keçmək lazımdır. Hündür daban ayaqqabıda burada batıb qalarsan. Adətən dərsə bir neçə marşrut avtobusu ilə gedirəm. Bəzən, pulum az olanda da trolleybusla. O isə təəssüf ki, dağın üstündə yerləşən universitetə qədər getmir. Onda da üç yüz metri ayağımla qalxmalı oluram,” – Asida danışır.
Birinci kursda o bəzən hündür daban ayaqqabı ilə dərsə getməyə cəhd göstərib, amma dayanacağa tərəf düşərkən, dabanını sındırandan və ayağı burxulandan sonra, ancaq idman ayaqqabısından istifadə edir.
Burada mənzillər həqiqətən də nisbətən ucuzdur. Bir otaqlı evi 400 min rubla [təxminən $5,300], iki otaqlını isə 700 min rubla [təxminən $9,000] almaq olar. Gənc ailələrin əksəriyyəti məh buradan özlərinə ev alırlar. Pul yığa bilməyənlər də bir qayda olaraq, buradan kirayələyir.
Əksər vaxtlarda burada yeni mənzil alanlar Yeni rayonu müvəqqəti yaşayış yeri kimi qəbul edirlər. Yəni, bir-iki il yaşayım, bir az pul yığıb, mərkəzə köçərəm. Amma adətən bu planı ancaq tək-tək adamlar gerçəkləşdirə bilir.
“İnsanlar öyrəşir və artıq heç nə dəyişmək istəmirlər. Bəzilərinə isə, məsələn mənim kimi, sonu bilinməyən maliyyə problemləri mane olur. Amma mütləq deyil ki, bir neçə ildən sonra şəhərin mərkəzində ev almaq üçün pulum olsa, mən bunu edim. Yaşadığın yerə öyrəşirsən, qonşular yaxşıdır, təmir etmişik, uşaqların məktəbini də dəyişmək istəmirsən. Yəni lövbəri çıxarmağa səbəb çoxdur”, – Viktor danışır.
On beş yaşına qədər o, şəhərin mərkəzində, düz dənizin qırağında yaşayıb. Sonra valideynləri Yeni rayonda ev aldılar və həmin vaxtdan da o burada yaşayır. O, Rostovda təhsil alıb. Otuz il keçməsinə baxmayaraq, hələ də öyrəşə bilmir. Viktor ixtisasca mühəndisdir, amma ixtisas üzrə münasib iş tapa bilmədiyi üçün artıq çoxdandır mühəndis kimi işləmir. İndi o ekskursiya biznesi ilə məşğul olur.
“Mövsümdə pis qazanmıram, bu pula mərkəzdən ev də ala bilərəm. Amma onda da gələn yaya qədər xərclik pulumuz olmayacaq. Oğlum tələbədir, qızım məktəbi bitirmək üzrədir, yoldaşım işləmir. Yəni görünür, bəxtimə yazılmayıb”, – Viktor danışır.
“Amma bir dostumun yaxşı gəliri var, o burada böyük ərzaq dükanı işlədir. Amma onu Yeni rayondan qovsalar da getməz. Qonşudakı iki mənzili aldı, özününkü ilə birləşdirdi, saray düzəltdi. Üç maşınlıq böyük qaraj tikdi. Evində heç kim piyada gəzmir. Doğrudan da, niyə nəyisə dəyişməlidir ki? Bir halda ki evində hamı hər şeydən razıdır, o cümlədən də yoldaşı.
1992-1993-cü il gürcü-abxaz müharibəsi zamanı, Qumista cəbhə xəttinin yaxınlığında yerləşdiyi üçün Yeni rayona digərlərindən daha çox zərər yetirildi. Bir çox evlərin üzərində hələ də güllə izləri qalıb. Bir çox mənzillər və hətta bəzi yerlərdə bütöv binalar hələ də bərpa edilməyib və elə beləcə atılıb.
Bununla belə, Yeni rayon hardasa sakinlərin öz gücü, hardasa dövlət büdcəsi hesabına yavaş-yavaş bərpa olunur.
Son bir neçə il ərzində dövlər müxtəlif proqramlar vasitəsiylə rayonu nisbətən rayat yaşayış yerinə çevirib. Bi çox yollar asfaltla örtülüb, parklar salınıb, bir neçə müasir idman və uşaq meydançaları qurulub. Bundan əlavə, bütün çox mərtəbəli binaların damları təmir edilib, liftlər təmir edilib, bəzi yerlərdə isə yeniləri quraşdırılıb.
“Əvvəllər hakimiyyətin bizi heç yada salmadığı vaxtlarda, yerli sakinlərin də münasibəti elə bu cür idi. Zibili hara gəldi atırdılar. Öz evlərinin həyət və bloklarını təmizləmirdilər. Hər yer zir-zibil içindəydi. Bəziləri hətta atılmış mənzillərdə heyvan saxlayırdılar”, – təqaüdçü Valentina Kulakova danışır.
“Bir qonşum birinci mərtəbədəki mənzildə donuz damı düzəltdi. Orada bir neçə il donuz saxladı. Ətrafda üfunət və antisanitariya hökm sürürdü, onunsa heç vecinə deyildi. Mən ondan hara şikayət etməmişəm, amma heç kim ona təzyiq göstərə bilmirdi, heç milis də. O yazıqlar neynəyə bilərdi ki, axı Yeni rayonun az qala hər binasında eyni vəziyyət idi? İndi artıq dövlət də rayonun abadlaşdırılmasına pul xərcləyəndən sonra, donuzlar da yoxa çıxdı, sakinlərin dərrakəsi də özünə qayıtdı. Beş il bundan əvvəl olanla indiki vəziyyətin arasında yerlə göy qədər fərq var”.
Material müəllifinin təklif etdiyi terminlər, toponimlər, fikirlər və ideyalar onun şəxsinə aiddir və JAMnews- un və ya onun ayrı-ayrı əməkdaşlarının fikirləri və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews dərc olunan materialların altında yazılan və təhqir, təhdid, zorakılığa çağırış və ya başqa səbəblərdən etnik narazılıq doğuran kimi dəyərləndirilən şərhləri silmək haqqını öz üzərində saxlayır