Burada bütün arzular reallaşır
“ASAN xidmət – bütün Azərbaycan əhalisi üçün əsl xilaskar rolunu oynayır. Bu dövlət tərəfindən təşkil olunan mərkəzləşdirilmiş xidmət sistemi insanlara pasport alışından, nikah qeydiyyatına, sürücülük vəsiqəsinin dəyişdirilməsinə qədər müxtəlif sənədləşmələri həyata keçirməyə imkan verir.
Arayış və şəkil ardınca qaçmağa ehtiyac yoxdur – hər şeyi burada etmək olar. Hətta, pasport üçün lazım olan qan analizini də burada vermək olar. 2012-ci ildə fəaliyyətə başlayan bu xidmət sistemi yeni fillialar açmaqla əhali arasında yalnız bir reaksiya yaradır-məmnunluq.
Bu təşkilatın yeni təşəbbüsü – imkansız ailələrin uşaqlarına yardım etməkdir. Lahiyənin asanmektub.az saytında uşaqlar hansı hədiyyələri almaq istədikərini yazırlar. Əgər siz uşaqların arzusunu həyata keçirmək istəyirsinizsə, saytda sadə bir anket doldurub ünvanınızı və əlaqə nömrənizi yazırsız. ASAN xidmətin işçiləri sizinlə əlaqə saxlayıb, hədiyyəni sizdən alıb uşaqlara verəcəklər. Hədiyyəni verən şəxsə isə uşağın göndərilən hədiyyəni aldığını təsdiq edən şəkil yollayırlar.
Artıq 200–dən çox uşaq tanımadıqları şəxslərdən hədiyyələrini alıb. Bəs, az təminatlı ailələrin uşaqları ən çox hansı hədiyələri almaq istəyir?
Yaşı böyük olan uşaqların ən çox arzuladığı hədiyyə MP-5 pleer-dir. İkinci arzulanan hədiyyə Playstation-dır. Səkkiz yaşlı Elmar öz ölçüsünə uyğun hərbi forma, oyuncaq avtomat və noutbuk istəyir. Qayğıkeş Lamiyə özü üçün mp-5 istəməklə yanaşı, öz qrupundakı uşaqlar üçün də hədiyyələr istəyir. Səkkiz yaşlı İlham hədiyyə olaraq top, velisoped, səsgücləndirici və Quran kitabı istəyir.
16 yaşlı Teymurun arzuları daha ciddirir – o, cins şalvar, ona uyğun kəmər, ayaqqabı və velisoped istəyir.
Altı yaşında Ayşən nağıl kitabı, şəkil çəkmək üçün albom, qələm, saat və paltar istəyir. ‘Öhdəçiliyə götürülmüşdür’ yazısı o deməkdir ki, kimsə onun istədiklərini almağa hazırlaşır.
[Image_fd60df9f391d4eb29c71133d530b3b4e]