Bu gün Milli Məclisin deputatları iclas zalında başlayan müzakirələrdən sonra dalaşıblar. İnsident iqtidarda olan Ermənistanın Respublikaçılar Partiyası fraksiyasından Artaşes Geqamyan və “Yelk” (tərcümədə “çıxış”) müxalifət fraksiyasının rəhbəri Nikol Paşinyan arasında baş verib.
Əvvəlcə Nikol Paşinyan baş verənləri şərh etməkdən intina edib, sadəcə bunları deyib: “Bu o deməkdir ki, Artaşes Geqamyan elə Artaşes Geqamyandır”.
Amma daha sonra Facebook sosial şəbəkəsində bunları yazıb: “İndicə illi Məclisin dəhlizində Artaşes Geqamyan yumruqlarla mənə hücum etdi. Mən özümü müdafiə edə bildim və bir neçə dəfə çəkmələrimi onunla sildim. Bu şəraitdə işləməyə məcbur olduğum üçün cəmiyyətdən üzr istəyirəm”.
Artaşes Geqamyan isə apponentinin üstünə yumruqlarla cumduğunu inkar edir. Onun sözlərinə görə, əgər bu, həqiqət olsaydı, o zaman “Paşinyanı ən azı xəstəxanaya yerləşdirərdilər”, çünki o üç il boksla məşğul olub.
Müxalif deputat ona qarşı hücumun olduğunu bildirməkdə israrlıdır:
“Milli Məclisin dəhlizində Artaşes Geqamyan xuliqan kimi yumruqlarla üstümə cumdu. Ən maraqlısı isə odur ki, indi o, hər şeyi inkar edir. Mən demək istəhyirəm ki, orada şahidlər vardı. Biz hakim Respublikaçılar Partiyasından izahat gözləyirik”.
Respublikaçılar Partiyasında qeyd ediblər ki, insident narahatlıq doğurur və baş verənləri müzakirə edəcəklər. ERP fraksiyasının katibi Qaqik Melikyan bildirib ki, belə şeylər bütün dünya parlamentlərində baş verir, heç kim belə hallardan sıqortalanmayıb.
Yeri gəlmişkən, parlamentin deputatın sözlərinə görə hadisənin baş verdiyi hissəsində nəzarət kameralatı yoxdur.
Bir qədər sonra Artaşes Geqamyan insidentin baş verdiyini etiraf etməli olub, amma qeyd edib ki, o, hücum etməyib, sadəcə “izahat işi aparıb”. Deputatın sözlərinə görə, bu yolla o, son günlər parlamentdə müzakirə olunan məsələlərə dair öz narazılığını bildirib. Son günlərdə isə parlamentdə Nikol Paşinyanın fraksiyasının təklifi ilə Ermənistanın Avrasiya İqtisadi İttifaqına daxil olmasının nə dərəcədə faydalı olduğunu və bu qurumun tərkibindən çıxmağa lüzum olub-olmadığını dəyərləndirmək üçün müvəqqəti komissiyanın yaradılması məsələsi müzakirə olunurdu.