“Təcili yardım” maşınında xüsusi təyinatlılar, ölkədən didərgin düşən müxalifət lideri - Belarusda etirazların ikinci sutkası. Video/foto
Belarusda ikinci etiraz gecəsi 2020-ci il avqustun 11-ə açılan səhər saat 5-də sona çatıb.
Avqustun 11-də Litva XİN-i təsdiq edib ki, Belarus prezidentliyinə namizəd, birləşmiş müxalifətin lideri Svetlana Tixanovskaya Litvaya gedib.
On minlərlə aksiya iştirakçısı avqustun 9-da keçirilən prezident seçkilərinin nəticələrini və hazırkı prezident Aleksandr Lukaşenkonun qələbəsini saxtalaşdırılmış hesab edir.
Elan olunub ki, avqustun 11-də Minsk və digər şəhərlərdə etirazlar davam edəcək.
Ümummilli tətilə çağırış səslənir, tələblər bunlardan ibarətdir:
• Birləşmiş müxalifətin lideri Svetlana Tixanovskayanın Belarus Respublikasının yeni prezidenti kimi tanınması.
• Bütün siyasi məhbusların azad edilməsi.
• Yeni ədalətli seçkilərin keçirilməsi.
• Artıq Putin Rusiyada ömürlükdür, ruslar isə federasiyada əsas xalqdır. Konstitusiya dəyişdi
Avqustun 11-ə keçən gecə nələr baş verib?
Minskdə rəsmən bir aksiya iştirakçısının öldüyü haqda məlumat verilir. Belarus DİN-in informasiyasına görə, o, hansısa partlayıcı qurğunu xüsusi təyinatlılara tərəf atmaq istəyib, amma həmin partlayıcı onun əlundə partlayıb.
Minskdə və digər şəhərlərdə etirazçılar şəhərlərin müxtəlif hissələrini tutublar və xütəmadi olaraq yer dəyişiblər. Hər tərəfdə barrikadalar qurublar, xüsusi təyinatlılara fişəng atıblar, daş və “Molotov kokteyli” tolazlayıblar.
Brestdə xüsusi təyinatlılara doğru atılan fişənglər
Xüsusi təyinatlılar hər yanda və çox fəal şəkildə rezin güllələrdən, işıq-səs qumbaralarından və gözyaşardığı qazadan istifadə ediblər, xüsusi texnika vasitəsilə barrikadaları dağıdıblar. Amma barrikadalar yenidən qurulub.
Telegram kanallarında xüsusi təyinatlıların şəhərdə rahat hərəkət etmək üçün “təcili yardım” maşınlarında istifadə etdikləri haqda məlumatlar yayılıb.
Etirazlar zamanı bir neçə jurnalistlə, o cümlədən də rusiyalı jurnalistlərlə əlaqə itib. Onlardan biri “Naşa Niva” populyar nəşrinin baş redaktoru Yeqor Martinoviçdir. O, gecə həmkarlarına SOS siqnalı göndərəndən sonra yoxa çıxıb.
“Naşa Niva” xəbər verib ki, xüsusi təyinatlılar jurnalistləri hədəf alaraq atəş açıblar.
Digər ölkələrdə Belarus səfirliklərinin qarşısında Belarusda etiraz edənlərə dəstək aksiyaları keçirilib. Moskvada üç yüzə qədər insan toplaşıb, bir nəfər saxlanılıb.
Bütün ölkədə praktiki olaraq internet yoxdur. Amma Lukaşenko bəyan edib ki, internet xaricdən söndürülüb.
Proqnozlar
Etirazlar Belarus üçün heç vaxt görünməmiş miqyas alıb. Çoxları “Velesuela ssenarisinin” – ikili hakimiyyətin mümkünlüyünü proqnozlaşdırır.