Belarus: etirazların yeddinci günü. Yüz minlərlə insan küçədədir, Lukaşenko getmir
Mənbə – Azadlıq radiosu
Belarusda prezident seçkilərinin nəticələrinin saxtalaşdırılmasına və özünü seçkilərin qalibi elan etmiş Aleksandr Lukaşenkoya qarşı kütləvi etirazların yeddinci günüdür. Minskdə Lukaşenkonun həm tərəfdarlarının, həm də əlayhdarlarının aksiyaları keçirilib.
Lukaşenko özünü necə aparır
Avqustun 16-da günorta Lukaşenko tərəfdarlarını Moinskdə Hökumət evinin yaxınlığında topladı.
Hakimiyyət elan etdi ki, burada 50 min adam iştirak edir. Lakin televiziya görüntüsünə görə mühakimə yürütsək, toplaşanların sayı 5 mindən artıq deyildi.
Bununla yanaşı. hamı diqqət yetirdi ki, dövlət telekanalları bu görüşü yayımlamadılar. Bunun tətilin nəticəsi olub-olmaması hələlik məlum deyil.
• Belarus: etiraz edənlərin qorxunc işgəncə və döyülmə şahidlikləri, ümumi tətil başladı
• «Lider yoxdur, heç lazım da deyil» — Belarusda toqquşmalar, üçüncü gün. Analiz, foto, video
Lukaşenko təxminən bir saat və çox emosional tərzdə çıxış edib. Onun müraciətinin məğzi budur: Belarusa qarşı xarici təhlükə var – “qaradərili, sarıağızlı NATO əsgərləri”. Etirazların iştirakçıları “xarici kukla oynadanların” ssenarisi üzrə hərəkət edirlər. Lukaşenkonun sözlərinə görə, Putin ona dəstək olacağına söz verib.
Lukaşenkonun KTMT hərbi blokunu qeyd etməsini nəzərə alsaq, söhbər hərbi dəstəkdən gedir. Lukaşenkonun sözlərindən savayı, bu vədi və söhbətin baş verməsi faktını sübut edəcək başqa dəlillər yoxdur.
“Biz ölkəmizi verməyəcəyik!” – Lukaşenko vidalaşarkən deyib.
Ölkə özünü necə aparır
Ölkə baş verənlərə bir qədər fərqli nəzərlərlə baxır.
Saat 14:00-dan Minskdə Lukaşenkonun əleyhdarlaır toplaşmağa başlayıb. Onların sayı 200 mindən də çoxdur.
Bu insanlarla müsahibələrdən onların ilk növbədə nələri tələb etməsi barədə nəticə çıxarmaq olar:
— Lukaşenkonun istefası
— Bütün siyasi məhbusların sərbəst buraxılması
— Polis zorakılığlnda günahkar olanların mühakimə edilməsi
— Beynəlxalq nəzarət altında yeni prezident seçkiləri
Kütləvi etiraz aksiyaları ölkənin bütün yaşayış məntəqələrində keçirilir. Ümummilli tətildə bütün iri müəssisələr iştirak edir.
Etirazçıların artıq folkloru da meydana gəlib – gülməli əhvalatları onlar bir-birinə danışır, misal üçün:
Polis əməkdaşlarının döydüyü kişi qışqırır: “Mən Lukaşenkoya səs vermişəm!” “Yalan demə! – onlar kişiyə cavab verirlər. – Ona heç kim səs verməyib”.
Müxalifət nə edir
Prezident seçkilərində özünün qalib gəldiyini elan etmiş, Litvada olan Svetlana Tixanovskaya Koordinasiya şurası formalaşdırmağa başlayıb.
Bu struktur hakimiyyətlə hakimiyyətin ötürülməsinin şərtləri haqqında danışıqlar aparmalıdır. Bununla birlikdə, Lukaşenkonun istefası müzakirə edilmir, mütləq ilkin şərt kimi nəzərdən keçirilir.
Belarusun Slovakiyadakı səfiri etirazçıların tərəfinə keçdiyini elan edib.