“Bazar günü idi” – ikinci Qarabağ müharibəsinin ilk günü haqda hekayələr
“Trayektoriya” layihəsi Qarabağ münaqişəsinin hər iki tərəfindən olan insanlara ikinci Qarabağ müharibəsinin başlandığı 2020-ci il sentyabrın 27-i bazar gününün onların yaddaşında necə qaldığı haqda danışmağı təklif edib.
Bu məqalədə Ermənistandan üç hekayə yer alıb. “Trayektoriya”da Azərbaycan tərəfindən də hekayələr dərc olunub.
Birinci epizod. Yoqa
İsti havada Xankəndinin (Stepanakert) şəhər stadionunda səhər tezdən – 6:30 və ya 7:00-dan atədən çox adam olur. Amma səhərlər burada futbol oynamırlar, yoqa ilə məşğul olurlar. 2020-ci il sentyabrın 27-i də istisna deyildi.
“Həmin səhərdən sonra məndə belə bir assosiasiya qalıb: əgər gün yaxşı xoş hava ilə başlayırsa, deməli, nəsə pis şey olacaq”, – həmin gün səhər 7:00-da stadionda olan fotoqraf və jurnalist Armine Vanyan deyir.
“Bax indi mən səhərlər oyananda və pəncərəni günəş işıqlandıranda və mən anlayanda ki, günəşli gün olacaq, mən nəsə pis şey gözləməyə başlayıram. Gözəl günlərlə bağlı məndə pis assosiasiya yaranıb”, – o danışır.
Armine ilk partlayışı səhər saat 7-dən sonra eşidib. Deyir ki, heç kim ona reaksiya verməyib və yoqa məşğələsi davam edib. “Qorxulu bir şey yox idi, öyrəşmişik, hərbi əməliyyatlar zonasına yaşayırıq, partlayış da adi şeydir”.
Birincidən demək olar ki, dərhal sonra səslənən ikinci partlayış qorxutdu.
“Biz çox da narahat olmadıq. Məsələn, mən asta-asta evə qalxmağa başladım [stadion Xankəndinin ətəklərində yerləşir – müəllif]. Qarışıqlıq sonra başladı, amma həmin ilk anda hər şey nisbətən sakit idi, biz sadəcə dağılışdıq, vəssalam”, – Armine xatırlayır.
Müharibə günlərini o, Yerevanda keçirib və 10 noyabrdan [hərbi əməliyyatların dayandırılması haqda bəyanat imzalanandan] sonra qayıdıb.
Armine yoqa məşğələlərinə dekabrın son günlərində qayıdıb. Onun sözlərinə görə, hər şey dəyişib.
“Mən stadionun üzərindən keçəndə həmin günün qoxusunu hiss edirəm. Xoş olmayan hiss yaranır, bu məndən asılı deyil, bu hissin adını qoya bilmirəm, amma məni stadiondan itələyir”.
Sentyabrın səhər rutini də onda eyni hissi yaradır və bu narahatlıq gündüzlərə qədər davam edir. Bir ildən sonra 2021-ci il sentyabrın 27-də o, yenə də yoqaya getməyi planlaşdırır. Amma planların qəfildən dəyişə və həyatının bir saniyədə tərs çevrilə bildiyini unutmur.
İkinci epizod. Toy və müharibə
Mariya və Araratın toy günü adətən olduğu kimi çox əvvəldən planlaşdırılmışdı. Mariya müharibə başladığından xəbər tutanda hərbi əməliyyatlar artıq beş saat idi ki davam edirdi. Nikah mərasiminə hazırlığın qızğın çağı idi, qonaq otağında televizor açıq idi.
“Mən artıq ağ gəlinlikdə idim, saçımı düzəltmişdilər, makiyaj etməmək qərarına gəldim, bir sözlə, müharibənin başladığını eşidəndə tam hazır idim”.
Əvvəlcə ona elə gəlib ki, televizordakı xəbər diversiya hücumuna aiddir.
“Amma narahatlıq hissi vardı, biz artıq kilsəyə çatanda bu hiss pik həddinə çatdı”, – Mariya Nalbandyan 2020-ci il sentyabrın 27-də baş tutan toyu haqda danışır.
Nikah mərasimini xatırlayanda, deyir ki, həmin an xoşbəxt olsa da, qorxurmuş. Hər şey bir yerdə və eyni zamanda yaşanırdı: xoşbəxtlik və müharibə, sevinc və kədər.
“Mən çox həyəcanlı idim. Ararat əyilib, sakitcə dedi: “Məyus olma və ağlama”. Amma mən artıq ağlayırdım”.
Mariya deyir ki, ərə gedəndən və müharibədən sonra dərhal böyüyüb, yetkinləşib, hər şey dəyişib.
“Əlbəttə ki, bal ayımız olmadı. Mən tibb mərkəzində işləyirdim və işə getdim – 28-i olmasa da, bir neçə gün sonra, oktyabrın 1-dən. Bizim bal ayımız müharibədə və işdə keçdi”, – Mariya deyir.
İndi isə o, eyni zamanda müharibənin ildönümü olan tolarının ildönümü münasibətilə ərini necə təbrik edəcəyini düşünür.
“Biz bir-birimizə söz verdik kiŞ mümkün qədər çox uşağımız olacaq. Biz həmişə bunu istəyirdik, arzularımız dəyişməyib, amma bəlkə müharibə onları daha da möhkəmləndirib”.
Üçüncü epizod. Meharibə və doğum
Müharibə başlayan gün Yerevanda “Erebuni” mərkəzində dörd qız və iki oğlan doğulub.
“Doğuma yardımnə gecə bilir, nə gündüz, nə şənbə, nə bazar”, – “Erebuni”də akuşer-ginekoloq işləyən Norayr Nvereviç Qukasyan deyir.
2020-ci il sentyabrın 27-də müharibənin başlandığını öyrənəndə doktor Qukasyan Sevan gölünün sahilində pansionatda olub. Xəbər tutan kimi xəstəxanaya gəlib.
O düşünmürdü ki, müharibə uzun çəkəcək. Ona elə gəlirdi ki, 2016-cı ilin “aprel müharibəsi” nə bənzər bir şey olacaq. Bir neçə gün, vəssalam.
“Bu 44 gün müddətində mən ən yaxşı peşəni seçdiyini dəyərləndirdim, yenidən dərk etdim. Xəstəxananın bütün palatalarında ancaq ağrı və itki vardı, bizim həyatımız isə davam edirdi, müharibənin hər günü biz yeni doğulanların, yeni həyata başlayanların səsini eşidirdik”, – doktor Qukasyan deyir.
Müharibədən sonra onun işi psixoloji olaraq daha da çətinləşib – o qeyd edir. Müharibə zamanı oğlanlarını itirən ondan çox hamilə qadın indi həkimin nəzarətindədir. Onlar yenidən uşaq doğmaqla itkilərini nə cürsə yüngülləşdirəcəklərinə ümid edirlər.
“Artıq hamiləliyinin 30-cu ayında olan qadın var. Onun hekayəsi mənə çox təsir edib. O, hamilə olduğunu bilən gün oğlunun meyitinin tapıldığı xəbərini alıb”, – həkim danışır.
“Ölümə paralel həyat var”, – Norayr Nvereviç deyir və söhbəti bitirir, çünki onu doğum şöbəsində gözləyirlər.
Bu hekayə “Trayektoriya” media layihəsinin bir hissəsidir. Layihə Cənubi Qafqazda münaqişənin həyatlarına toxunduğu insanlardan bəhs edir. Bütün Cənubi Qafqazdan olan müəlliflər və redaktorlarla işləyir və münaqişələrin heç birində tərəflərdən heç birini dəstəkləmir. Bu səhifədəki materiallara görə müəlliflər məsuliyyət daşıyır. Əksər hallarda toponimlər müəlliflərin cəmiyyətlərində qəbul olunduğu kimi istifadə edilir. Layihə Avropa İttifaqının dəstəyilə GoGroup Media və International Alert təşkilatları tərəfindən həyata keçirilir.