Moskva, yoxsa Brüssel? Ermənistanın baş naziri haqda niyə qərbyönlü siyasətçi təəssüratı yaranıb?
“Məxməri inqilab” lideri Nikol Paşinyanın ünvanına “qeyri-ənənəvi” siyasi oriyentasiya ittihamları hələ 2018-ci ilin aprelində, onun komandası ilə birlikdə hakimiyyətə gəlməyə yaxın olduğu artıq bəlli olduğu zaman başlamışdı.
Hələ “kütlələrin lideri” statusinda, baş nazir vəzifəsinə qədəm qoymamış o, artıq əvvəlki bəyanatlarına görə izahat verməyə və Ermənistanın xarici siyasət kursunun saxlanılması və Rusiya ilə inteqrasoiya proseslərinə sadiq qalması haqda yeni bəyanatlar səsləndirməyə məcbur qalmışdı.
Zaman keçdi, Ermənistan Rusiyanın liderliyi altında fəaliyyət göstərən KTMT hərbi blokuna və AAİİ iqtisadi birliyinə sadiq qaldı. Amma Nikol Paşinyan yenə də Kremlin etibar etmədiyi qərbyönlü siyasətçi obrazından qurtula bilmədi. Niyə?
- Böhran davam edir: Ermənistanın baş nazirinin müxalifət liderləri ilə görüşündə “hər kəs öz fikrində qalıb”
- 1 : 5 – Ermənistan və Azərbaycan yenidən əsirləri dəyişib
Müxalifətçi keçmiş
2018-ci ilin yazında siyasi çəkisinin artması ilə yanaşı Paşinyana hələ 2017-ci il parlament seçkiləri zamanı səsləndirdiyi bəyanatlar və elan etdiyi xarici siyasi kurs xatırladılmağa başladı.
Paşinyan və “Yelk” (çıxış) blokunun xarici siyasi kursu isə birmənalı idi – Ermənistan Avropa inteqrasiyasına və Avrasiya İqtisadi İttifaqından, o cümlədən də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmağa can atmalıdır.
Paşinyanın daxil olduğu parlament fraksiyası hətta parlamentdə Ermənistanın AAİİ-dən çıxış layihısinin təşəbbüskarı olub. Əlbəttə ki, bu qanun layihəsi qəbul edilməyib, amma “dadı” qalıb.
Artıq 2018-ci il küçə aksiyaları zamanı müxalifətçi öz sözlərindən imtina edib və bildirib ki, Rusiya Yerevanın əsas tərəfdaşı olaraq qalacaq. 2018-ci ildə hakimiyyətə gəldikdən sonra isə Nikol Paşinyanı sanki ümumiyyətlə dəyişdilər.
Belə qəfil dəyişiklik ancaq naşılar üçün gözlənilməzlik ola bilər, amma siyasətçilər üçün yox – politoloq Aleksandr İskəndəryan deyir. Baş verənləri o, “kreslo funksiyası” adlandırıb:
“Belə Rusiyaya qarşı əhval təbiidir, çünki Paşinyanın komandası hakimiyyətə müxalif idi. Təsadüfi deyil ki, hakimiyyətə gələndən sonra bütün bunlar 180 dərəcə döndü. Çünki bu şəxsi əqidə yox, kreslo nəticəsidir. Olduğun yerin funksiyasıdır. Siyasətçilər həmişə belə edirlər. Bu normadır. Amma Paşinyan bu haqda hətta deyib – sadəlövhlük, ya da sərhesablıqdan”.
Həqiqətən də hakimiyyətə gəldikdən sonra o bildirib ki, siyasi ampluası dəyişib, indi siyasi konyukturaya yox, Ermənistanın milli maraqlarına əsaslanmalıdır.
“Rusiya KİV-də iki il ərzində Paşinyan çox vaxt qərbyönlü idealist kimi təqdim olunub. Amma o, sübut edib ki, əməldə hansısa abstrakt sxemlərə yox, praqmatikliyə sadiqdir. Bu, Moskva ilə münasibətlərinə də aiddir. Avrasiya inteqrasiya layihələrinin tənqidindən başlayan Paşinyan sübut etdi ki, ölkəsi ilə Rusiya arasındakı strateji ittifaqın əsaslarını yenidən nəzərdən keçirməyəcək”, – rusiyalı politoloq Sergey Markedonov da ifadə edib.
Postsovet formatı üçün yeni lider
Baş nazir vəzifəsinə seçiləndən sonra Nikol Paşinyan öz ilk görüşlərini məhz Rusiya və əvvəllər əleyhinə çıxış etdiyi inteqrasiya strukturlarının rəhbərləri ilə keçirib. Bəlli olurdu ki, Putin, Lukaşenko və Nazarbayevin yanında o, özünü yaxşı hiss etmirdi.
“Paşinyan Ermənistan siyasətində postsovet nəslinin nümayəndəsidir. Yadımdadır ki, 2018-ci ildə mən onun Putinlə baş tutan ilk görüşünə baxırdım. Moldova, Belarus, Qazaxıstan, Qırğızıstan rəhbərləri də orada idi. Və birdən gözümə satadı ki, orada ancaq Paşinyanın rus dili öyrənilmişdir. Yerdə qalanlar üçün rus dili doğma dilləridən biri və ya yeganə doğma dil idi”, – politoloq Alrksandr İskəndəryan qeyd edib.
Amma yalnız dil və siyasi təcrübə Paşinyanı bu kompaniyada “ala qarğa” etmirdi. Kreml ənənəvi olaraq inqilablara ağrılı yanaşır, istər “məxməri”, istər “narıncı” olsun. Və əlbəttə ki, Moskva 2018-ci ilin yazında Yerevan küçələrində baş verənlərdən narazı idi.
Paşinyan hər imkan düşdükcə Ermənistan və Rusiya arasında heç bir problemin olmadığını bildirməyə çalışırdı. Amma naxoş olaylardan yan keçə bilmədi, əksinə, özü bunların təşəbbüskarı oldu.
Xaçaturov və Koçaryanla bağlı hadisələr
Ermənistan-Rusiya münasibətlərində müvəffəqiyyətsizliklərdən biri Ermənistanda hakimiyyət dəyişəndən bir neçə ay sonra baş verdi. Yerevan KTMT baş katibi Yuri Xaçaturovu vəzifəsiindən geri çağırmaq və “1 mart” işi üzrə haqqında məhkəmə araşdırması başlatmaq qərarına gəldi.
2008-ci il 18 fevral prezident seçkilərindən sonra ölkədə etirazlar başladı. Siyasətə qayıtmaq istəyən Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın tərəfdarları bildirirdilər ki, seçkilərdə məhz o qələbə qazanıb və səsvermənin nəticələrinə yenidən baxılmasını tələb edirdilər.
2008-ci il martın 1-də nümayiş dağıdılarkən silah tətbiq edilmiş və nəticədə 10 nəfər həlak olmuşdu.
Yuri Xaçaturov o zaman SQ Yerevan qarnizonuna və istintaqın versiyasına görə nümayişçilərin dağıdılmasına komandanlıq edirdi.
Milli Təhlükəsizlik Xidməti və Xüsusi İstintaq Xidməti rəhbərlərinin şəbəkəyə sızdırılan telefon danışığından məlum olub ki, Ermənistan tərəfi Xaçaturovun dəyişdirilməsi niyyəti ilə bağlı öz addımlarını Moskva ilə razılaşdırmayıb.
Ermənistanın KTMT baş katibinə münasibəti təşkilatın nüfuzuna zərbə vurdu və Mockvada qıcıq yaratdı.
“Orada baş verənlər bizi narahat etməyə bilməz, o cümlədən də MDB məkanında Ermənistanın da iştirak etdiyi təşkilatların normal işi nöqteyi-nəzərindən”, 0 Rusiya XİN rəhbəri Sergey Lavrov bildirib.
Yeri gəlmişkən, Paşinyan prezidentliyə namizəd Ter-Petrosyanın seçkiqabağı qərargahında təmsil olunurdu idi və etiraz hərəkatının liderlərindən biri idi. 1 mart faciəvi hadisələrindən sonra müxalifətçi ketləvi iğtişaşların təşkili ittihamına görə bir il və dörd ay gizlənib. Daha sonra könüllü şəkildə prokurorluğa gəlib, həbs edilib və yeddi il müddətinə azadlıqdan məhrum edilib.
23 aydan sonra Ermənistanın müstəqilliyinə həsr olunmuş amnistiyaya düşüb. Müxalifət bildirir ki, hakimiyyət beynəlxalq strukturların təzyiqi altında bu addımı atmalı olub.
Ermənistanda inqilabdan sonrakı hökumət rəhbərinin “1 mart” işinə xüsusi diqqəti hamının nəzərinə çarpıb.
Bu iş üzrə Rusiya prezidenti ilə dost münasibətlərini gizlətməyən Ermənistanın keçmiş prezidenti Robert Koçaryan da ittiham olunur.
Ermənistan mediasında yazırdılar ki, Putin Koçaryanın həbsdən azad edilməsində maraqlı olub, amma onun ricası Ermənistan rəhbərliyi tərəfindən nəzərə alınmayıb.
Eks-prezident ölkənin konstitusiya quruluşunu devirməkdə günahlandırılır. 200-ci il seçkilərinin yükunu üzrə MSK Serj Sarqsyanı qalib elan edib, amma mart hadisələri zamanı o, hələ vəzifəsinə başlamamışdı və nümayişin sərt dağıdılmasına görə Rovert Koçaryan ittiham olunur.
Eks-prezident 2018-ci ilin iyulunda həbs edilib. O vaxtdan bəri onun vəkilləri üç dəfə qətimkan tədbirinin dəyişdirilməsinə nail olublar, sonuncu dəfə o, 2020-ci ilin iyununda 4 milyon dollar girov müqabilində azad edilib. Amma iş üzrə məhkəmə davam edir.
- Kremlin maraqları haqda: Rusiya prezidenti dostunun – Ermənistan eks-prezidentinin doöum gününü təbrik edib
- “Biz qələbə qazanacağıq”: Ermənistanın eks-prezidenti seçkilərdə iştirak etmək niyyətindədir
Dəmir yolları, Qazprom
İnqilabdan sonra hüquq-mühafizə orqanları Ermənistanda ən böyük Rusiya kapitalının işi ilə də maraqlanıblar. Rusiya Dəmiryolları şirkətinin törəməsi olan Cənubi Qafqaz Dəmiryolları şirkəti, o cümlədən də “Qazprom”un törəməsi olan “Qazprom-Ermənistan” diqqət mərkəzinə gəlib.
Birtinci halda eyni zamanda vəzifə səlahiyyətlərin aşılması da daxil olmaqla iki cinayət işi qaldırılıb. Qaz şirkəti isə xüsusilə böyük həcmdə vergi ödəməməsilə bağlı qalmaqal üzündən diqqət mərkəzinə gəlib. Hər iki halda Moskvanın səsləndirdiyi sərt bəyanatlardan sonra vəziyyət yoluna qoyulub.
Sros fondu və Paşinyanın komandası
Şimal istiqamətindən narazılıqlar əsasən qeyri-rəsmi şəxslərdən yox. Krem ətrafındakı strukturlardan və mediadan gəlirdi.
Rusiyanın təbliöat mətuatı Paşinyanı ətrafına qərbyönlü siyasətçilər topladığı üçün tənqid edirdi, hansılar ki, nəinki “Qərb dünyasına” rəğbətlə yanaşırdı, hətta uzun illər oradan maliyyə alırdı.
Xüsusən də parlament spikeri, onun mətbuat katibi və Nikol Paşinyana digər yaxın şəxslərin iştirakı ilə Yerevanda Rusiya əleyhinə aksiyalardakı videoları xüsusilə populyar idi.
“Həqiqətən də, hökumətyönlü şərhçilər indi də, əvvəl də hakimiyyətə bizdə təqdir edilə yolla yox, rəngli inqilab dalöasıyla gələn Paşinyan haqda kəskin fikirlər ifadə edirdilər. Onu həmçinin ətrafına Corc Sorosa yaxın olan təşkilatlarla əlaqəli insanlar toplamaqda da ittiham edirdilər”, – rusiyalı politoloq Georgi Bovt təsdiqləyir.
Yenə də Paşinyan “sadiqliyini qorudu”
Paşinyanın tənqidinə Kremmldən sifariş verilmişdimi? Axı Ermənistanın baş nazirinə media məkanında vahid yanaşma yox idi, sərt tənqidə də, loyal münasibətə də rast gəlmək mümkündü.
“Hansısa problemlə bağlı bir-birindən fərqlənən diskurslar mövcuddursa, eyni kanalda bir gün çox erməniyönlü, digər gün isə azərbaycanyönlü fkirlər eşidə bilirsənsə, əgər ziddiyyət varsa, bu, onu göstərir ki, Kreml komanda verməyib.
Rusiya gündəmi ilə bağlı yeganə formada müzakirə olunan məsələlər var. Rusiya televiziyasında başqa cür müzakirə etmək mümkün olmayan müəyyən problem var. Dəqiq qərar qəbul ediləndə, belə şeylər olmur. dƏgər bu baş vermirsə, deməli, bu, Kremlin səsi deyil”, – politoloq Aıeksandr İskəndəryan ehtimal edir.
O, Nikol Paşinyanın bütün əsas maddələr üzrə Ermənistanın daha əvvəl seçdiyi yola sadiq qaldığına diqqət çəkir və bildirir ki, bunun bariz nümunəsi hərbi kontingentin Rusiya tərəfi ilə birlikdə Suriyaya göndərilməsidir:
“Rusiya maraqları nöqteyi-nəzərindən dəhşətli heç nə baş verməyib. Ermənistan KTMT-dən və AAİİ-dən çıxmayıb. NATO-ya daxil olmaq istədiyini bəyan etməyib. Kəskin Rusiya əleyhinə bəyanatlar səsləndirməyib”.
Bununla belə, Rusiyada bəzi çevrələr hələ də Paşinyanın hansısa məqamda Avropaya doğru sərt dönüş edəcəyini gözləyir.
Ali İqtisadiyyat Məktəbinin Dünya İqtisadiyyatı və Dünya Siyasəti Fakültəsinin dekanı Andrey Suzdaltsev əmindir ki, Paşinyan Amerikanın ölkənin ictimai həyatınınyenidən formatlaşdırılması ssenarisinə daxil edilib.
“Amerika hakimiyyəti artıq çoxdan həm rəsmi, həm də qeyri-rəsmi strukturlar vasitəsilə Ermənistanın siyasi sinfi ilə, gənclərlə, ictimaiyyətlə işləyir. Amerikanın postsovet məkanında ən böyük səfirliyi Ermənistandadır – mindən çox insan, belə balaca ölkə üçün çox çox nəhəngdir”.
Politoloq bununla belə səfirliyin də, Qərbin çoxsaylı QHT-nin də Ermənistanda Paşinyandan əvvəl də işlədiyi faktını nəzərdən qaçırır.
Əldə qalan isə odur ki, Paşinyan ölkənin daha əvvəl seçilmiş xarici siyasət kursuna sadiq qalıb. Hakimiyyətin “küçədən” gəldiyi Gürcüstandan və Ukraynadan fərqli olaraq. Rusiya Ermənistan üzərində təsirini qoruyub saxlaya bildi. Paşinyan və komandası inqilabın qələbəsindən sonra Yerevanın əsas meydanında.