Bir neçə gündür ki, Azərbaycanda sosial şəbəkə istifadəçiləri koronavirus pandemiyası üzündən açıq havada maska taxılması ilə bağlı tələbin arada qaldırılmasını tələb edirlər. Onlar #nəfəsalaq heşteqi ilə paylaşımlar edirlər.
Bəs Bakı sakinləri həmin məsələ barədə nə düşünür? JAMnews bunu aydınlaşdırmaq üçün Azərbaycan paytaxtının sakinləri arasında sorğu keçirib.