Bakıda retro-vaqonların sərgisi – fotoreportaj
Bakıda retro-vaqonların sərgisi
Metropolitenin 55 illiyi və ikinci Qarabağ müharibəsində Zəfər Günü münasibətilə Bakı metrosunda retro-vaqonların sərgisi keçirilir. Vaqonların nümayişi “İçərişəhər” metrostansiyasının adətən hərəkət olmayan hissəsində təşkil olunub. JAMnews sərgidən fotoreportaj təqdim edir.
- Azərbaycanın dövlət televiziyasının RF sülhməramlılarına qarşı demarşı – bunun ardında nə dayanır? Şərhlər
- ABŞ səfirliyi Azərbaycan hökumətini vətəndaşların hüquqlarına hörmətlə yanaşmağa çağırır
- Azərbaycanda müstəqil KİV-lər qeydiyyata alınmayıb
Bakı metrosu 1967-ci il noyabrın 6-da açılıb və ilkin olatraq cəmi beş stansiyadan ibarət olub.

Hərçənd Azərbaycan paytaxtında yeraltı nəqliyyat yolunun inşası hələ 1932-ci ildən planlaşdırılmışdı. Amma İkinci Dünya Müharibəsi planların dəyişməsinə səbəb olub.


Hazırda Bakı Metropoliteni 26 stansiyadan ibarətdir, dörd stansiya inşaat mərhələsindədir. Bakının üç xətdən ibarət metrosunda tunellərin uzunluğu 40 kilometrə qədərdir.


Gələcəkdə daha 50 stansiyanın inşası nəzərdə tutulub ki, bu da Azərbaycan paytaxtında yeraltı yolların uzunluğunu 84 kilometrə çatdıracaq.


Sərnişin axınının ümumi həcminə görə Bakı metropoliteni dünyada 41-ci yeri tutur.

