Bakının Suraxanı rayonundakı Fatimeyi-Zəhra məscidi Məhəmməd peyğəmbərin qızı Fatimənin şərəfinə adlandırılıb. Bu il iyunun 15-ə təsadüf edən müsəlmanların Ramazan bayramı günü dindarlar buraya bayram namazına toplaşıb.
Kişilər məscidin qarşısında, qadınlar isə arxasında namaz qılıb. Müsəlman adətlərinə görə, qadını namaz üstündə yalnız ailə üzvləri görə bilər.
Dua edənlərin çoxunun əlində üzərində Azərbaycan əlifbası ilə Qurandan surə yazılmış kiçik kağız parçası var. Bu kağızları məscid ərəb dilini bilməynlərə yardım məqsədilə pulsuz paylayır.
Məscidin qarşısındakı üzərində “fitrə” yazılan qutu zəkat-əl-fitrə – yoxsullar üçün pul ianəsi toplamaq üçündür. İanə nə qədər olmalıdır? “Fitrə” üç kiloqramlıq unun ekvivalentidir. Şəriətə əsasən, unun əvəzinə hər bir yerin özünəməxsus “səpələnən” qida məhsulu, məsələn buğda və ya düyü də ola bilər.