Bakıda “qara bazarda” valyuta alverçiləri saxlanıldı
Polisin fevralən 15-də keçirdiyi reyd zamanı Bakının vağzalyanı ərazisində valyuta alveri edən beş nəfər vətəndaş saxlanılıb. Bu barədə Azərbaycan Daxili işlər nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.
Sosial şəbəkələrdə və digər internet resurslarda yayılmış video materiallar polisin “qara bazara” reydi üçün əsas oldu. Saxlanılanlar qeyri-qanuni valyuta mübadilə əməliyyatları aparır, həmçinin vətəndaşların vağzal ərazisində sərbəst hərəkət etməyinə mane olurdular – DİN məlumatında belə deyilir.
- Azərbaycan Mərkəzi Bankının 21 dekabr 2015 qərarı ilə manat “üzən məzənnə” rejiminə keçdirilib. Ümumiyyətlə iki devalvasiyadan sonra manat öz dəyərinin 99%-ni itirib.
- 2016-cı ilin yayında, manatın ikinci devalvasiyasından sonra Bakıda demək olar ki, bütün valyuta mübadılə məntəqələri bağlandı. Banklar valyutanı ciddi məhdud miqdarda satırdılar (bir adama 100-dən 500-dək dollar). Adamlar bankın açılışından xeylı əvvəl növbələrə yazılırdılar və, adətən, günortaya qədər bankda valyuta ehtiyatları tükənirdi. Bütün bunlar “qara bazar”ların inkişafına xidmət eirdi, orada isə valyuta rəsmi məzənnədən xeyli baha qiymətə satılırdı.