Bakıda kommersiya obyektləri üçün ağacların məhvi davam edir – bu dəfə kimyəvi maddələrlə
Bakının kənarında Şərifzadə küçəsində 10 şam ağacının dibinə kimyəvi maddə (turşu olduğu ehtimal edilir) tökülüb. Bu, Azərbaycan paytaxtında ağaclara qarşı ilk “sui-qəsd” deyil, amma əvvəllər onları sadəcə kəsirdilər, zəhərli maddələrdən istifadə olunmurdu.
Ağacların dibində qalan qəribə butulkaları yerli sakinlər aşkarlayıb, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə xəbər veriblər.
Meşə və yaşıl massivlərin ictimai təhlükəli vasitələrlə məhv edilməsini nəzərdə tutan 260.2-ci maddə ilə cinayət işi qaldırılıb. Şübhəli qismində Real Göyüşov adlı şəxs saxlanılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi İradə İbrahimova 1news saytına bildirib ki, torpaqdan götürülən nümunələr analizə göndərilib və bu maddənin mənşəyi aydınlaşdırılacaq ki, ziyan çəkmiş ağacları
necə xilas edə biləcəkləri məlum olsun.
Ətrafdakı evlərin sakinləri danışıblar ki, təxminən bir il əvvəl inşaat şirkətinin əməkdaşları burada inşaata başlamaq üçün həmin bu ağacları kəsməyə çalışıblar. Amma o zaman yerli sakinləər buna mane
olublar.
Videoda onlardan biri qəzəbini ifadə edir: “Hansı alçaq ağacların başına bu işi açıb?! Bu, bura gəlib, ağacları kəsmək istəyənlərin işidir. Onlara imkan verilməmişdi, budur, yeniddən geri qayıdıblar”.
Azərbayycanda ağacların qanunsuz qırılması inzibati cinayət sayılır, bu əmələ görə fiziki şəxslər üçün 2 min manat (1148 dollara yaxın), hüquqi şəxslər üçün isə 15 min manat (təxminən 8876 dollar) həcmində cərimə nəzərdə tutulub. Gələcəkdə bu cərimələrin məbləğini üç dəfə artırmaq planlaşdırılıb, çünki qadağaya baxmayaraq, ağacları yenə də məhv edirlər.