80-dən çox yaşı olan Bakı zooparkı bərba ediləcək. Bu haqda bu yaxınlarda zooparkı ziyarət edən IDEA ictimai birliyinin rəhbəri, Azərbaycan prezidentinin böyük qızı Leyla Əliyeva məlumat verib.
Parkın ərazisini demək olar ki iki dəfə genişləndirmək planlaşdırılır. Burada heyvanların saxlanması üçün ən yaxşı şərait yaradılacaq, yeni əyləncə oblektləri, xüsusi karantin zonası, yaralı və xəstə heyvanlar üçün xüsusi reabilitasiya mərkəzi yarasılacaq.
Zooparkın direktoru bildirib ki, hazırda ən pis şəraitdə vəhşi heyvanlar yaşayır, çünki onların qəfəsləri çox darısqaldır. Ən çətin ayıların, canavarların və çaqalların vəziyyətidir. Hüseynov onu da əlavə edib ki, ilk növbədə artıq heyvanxanada mövcud olan heyvanların saxlanma şəraiti yaxşılaşdırılacaq, daha sonra isə yeni növlərin əldə edilməsi haqda düşünmək olar.
Bakı Zooparkı 1928-ci ildə açılıb.
Zooparkın ümumi sahəsi 4,25 hektardır.
Hazırda Bakı Zooparkında 150 növə aid 1200 heyvan saxlanılır.