Azərbaycan hərbi vəziyyətdə həyatına davam edir, koronavirus pandemiyasına görə karantin də qüvvədədir. Amma şəhərin mərkəzində bunu ancaq yeni əlamətlərə görə hiss etmək mümkündür.
Balkon və vitrinlərdə çox sayda Azərbaycan və Türkiyə bayraqları var, hətta prezident İlham Əliyevin xalqa müraciəti zamanı fotolarının əks olunduğu plakatlara da rast gəlmək mümkündür.
Küçədə dekabra planlaşdırılmış tamaşanın afişası açılıb, baxmayaraq ki, 2020-ci ilin martından COVID-19 pandemiyasına görə, Bakıda bütün kütləvi tədbirlər qadağan olunub və karantin davam edir.