Bakı beş erməni hərbçini qaytarıb. Nəyin əvəzində? Bakı və Yerevandan şərh
Bakı beş ermənini qaytarıb
“Münasibətlərin normallaşdırılması istiqamətində addım” və “Avropa Şurası prezidentinin vasitəçiliyi ilə Paşinyan-Əliyev danışıqlarının nəticəsi”. Azərbaycanın beş saxlanılan erməni hərbçini Ermənistana qaytarmaq qərarına belə rəsmi qiymət verilib. Sentyabrın 8-də axşamın gec saatlarında Azərbaycan tərəfinin saxlanılan hərbçiləri qaytardığı rəsmən təsdiqlənib. Ermənistanın Milli Təhlükəsizlik Xidməti onların adlarını açıqlayıb.
Azərbaycan mediasında yayılandan saatlar sonra Yerevan bu xəbəri təsdiqləyib. Amma yayılan məlumatların birində söhbət dörd, digərində isə beş nəfərin qaytarıldığı qeyd olunub.
Erməni hərbçilərin qaytarılması haqda bu ana məlum olan hər şey, o cümlədən də Yerevan və Bakıdan ekspert rəyləri.
- Yerli hüquq müdafiəçiləri həbsdəki Ermənistan vətəndaşlarına baş çəkiblər
- Laçın dəhlizinə alternativ yolun inşası başa çatıb
- Azərbaycanlı ekspertin sensasiyalı müsahibəsi: “Müharibə təhlükəsi var”
Ermənistan və Azərbaycan liderlərinin son görüşü avqustun 31-də Brüsseldə baş tutub. Danışıqlara vasitəçilik edən Avropa Şurasının prezidenti Şarl Mişel görüşün yekununda öz açıqlamasında erməni hərbçilərin azad edilməsinin vacibliyini vurğulamışdı. O, həmçinin bildirib ki, Avropa İttifaqı bu məsələ ilə bundan sonra da məşğul olacaq. Amma hər hansı konkret razılaşmanın əldə edildiyi haqda heç nə deyilməmişdi.
Баку до недавного времени официально подтверждал удержание 38 армян. По данным армянских правозащитников, в Азербайджане содержатся больше 80 пленных. На данный момент возвращено 155 человек.
Bakıdan informasiya və Yerevanın susqunluğu
Axşamın gec saatlarına qədər Ermənistan XİN və Müdafiə Nazirliyi hərbçilərin qaytarılması haqda xəbəri nə təsdiqləyib, nə də inkar ediblər. Amma Azərbaycan mediasında xəbər aktiv şəkildə yayılıb. “Turan” agentliyinin məlumatına görə, Azərbaycanın Ali Məhkəməsi “dörd Ermənistan vətəndaşının cəzasını yumşaldıb və onları azad edib”.
Ermənista Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan deyib ki, nazirlikdə erməni hərbçilərin Azərbaycandan geri qaytarılması haqda məlumat yoxdur.
Daha sonra Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası bu haqda məlumat yayıb:
“Azərbaycan Respublikası humanizm prinnsiplərini rəhbər tutaraq və Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın 31 avqust 2022-ci ildə Aİ Şurasının sədri Şarl Mişelin təşəbbüsü ilə baş tutan görüşündə müzakirələrin nəticəsi olaraq əldə edilən razılaşmaya əsaslanaraq daha beş hərbçini dövlət sərhədində Ermənistan tərəfinə təhvil verib”.
Bundan sonra Ermənistan Milli Təhlükəsizlik Xidmətinin informasiyası yayılıb. MTX-dən nəinki hərbçilərin qaytarıldığı təsdiqlənib, hətta onların adları da dərc edilib.
“Bu aksiyanı münasibətlərin normallaşdırılması istiqamətində addım kimi alqışlayırıq”, – MTX-nin məlumatında deyilir.
Aİ və ABŞ hərbçilərin qaytarılmasını alqışlayır
Avropa Şurasının sədri Şarl Mişel, Aİ-nin Cənubi Qafqazdakı xüsusi nümayəndəsi Toyvo Klaar, o cümlədən də ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays erməni hərbçilərin qaytarılmasını alqışlayıblar.
Mişel vurğulayıb ki, “5 erməninin qaytarılması avqustun 31-də Brüsseldə keçirilən müzakirələrin ardınca baş verib”.
“İlk dəfədir ki, məhbusların qaytarılması ikitərəfli formatda baş verir ki, bu da Ermənistan və Azərbaycanın nailiyyətidir. Humanitar problemlərin həlli prioritetdir”, – Mişel Twitter səhifəsində yazıb.
Toyvo Klaar məhbusların Ermənistana qaytarılmasını “mühüm humanitar jest”, rəsmi Vaşinqton isə “Ermənistan və Azərbaycan arasındakı sülh prosesində müsbət inkişaf” adlandırıb.
“Biz ümid edirik ki, qalan bütün məhbuslar da evlərinə qayıdacaqlar, Azərbaycan və Ermənistan etibarın möhkəmlənməsi və mövcud ziddiyyətlərin nizamlanması üzrə addımlar atacaqlar”, – Dövlət Departamentinin nümayəndəsi Ned Prays Twitter-də yazıb.
Bakıdan şərh
Politoloq Aqşin Kərimovun sözlərinə görə, Avropa İttifaqı Cənubi Qafqazda böyük siyasi ambisiyalardan kənardır və regionda maraqlarını insan hüquqları, liberal dəyərlər mövzusu ilə inkişaf etdirir. Ara-sıra insan hüquqları ilə bağlı manpilyasiyalara yol verir.
“Lakin Azərbaycan beynəlxalq aləmdə mövqelərini möhkəmləndirdikdən, Ermənistanın maraqlarını kənara sıxışdırmağı bacardıqdan sonra Avropa İttifaqı üçün Bakının arqumentləri daha cəlbedici gəlir. Bunun bir səbəbi də Azərbaycanda olan enerji ehtiyatlarının Avropa bazarlarında dominantlıq qazanmasına cəhdlərdir.
Çünki Rusiya qazına alternativlik Azərbaycan hesabına formalaşa bilər, hərçənd ki, bunun üçün illər lazımdır.
Avropa İttifaqının Azərbaycan və Ermənistan liderlərinin görüşünü təşkil etmək ona görə vacibdir ki, həm özünün sülhpərvər missiyasını ortaya qoymağa çalışır, həm də dolayı ilə ABŞ-ın maraqlarını təmin edən addımlar atır ki, Rusiyanın regionda təsirləri zəifləsin.
Hər dövlətin, təşkilatın, birliyin özünün prinsipi var və beynəlxalq sistemdə strateji yerlərdə qərar tutmaq həmin prinsiplərə sadiqlikdən keçir. Buna görə də, Avropa İttifaqı İlham Əliyev-Nikol Paşinyan görüşündə insan hüquqları ilə bağlı humanitar nəticələrə nail olmağa çalışır.
Azərbaycanın 5 erməni hərbçini Ermənistana təhvil verməsi Brüssel danışıqlarında əldə olunmuş razılıqların humanitar aspektlərini göstərir, lakin Azərbaycanın da bunun qarşılığında istədiyi var.
Birincisi, Qarabağda və Şərqi Zəngəzurda basdırılan minaların dəqiq xəritələri, ikincisi, birinci Qarabağ müharibəsində itkin düşmüş 4 minə yaxın azərbaycanlının taleyi.
Yerevandan şərh
Siyasi icmalçı Hakob Badalyan Azərbaycanın niyə bu humanitar addımı atdığını deməyə çətinlik çəkir. Onun fikrincə, Mişelin Brüssel görüşündən dərhal sonrakı bəyanatı göstərir ki, “həmin vaxt konkret razılaşma yox idi, bu qərar daha sonrakı iş nəticəsində əldə edilib”. Ekspert az əvvəl Ermənistan nazirlərinin Rusiya və ABŞ-a səfərləri ilə bağlı baş tutan Putin-Əliyev və Paşinyan-Putin təmaslarını xatırladıb.
Hakob Badalyan hərbçilərin qaytarılmasını “aktiv diplomatik fəaliyyətin nəticəsi” hesab edir:
“Qaytarılma haqda informasiya Minsk Qrupunun amerikalı həmsədri Yerevana gəldiyi, Minsk Qrupunun rusiyalı həmsədrinin isə Bakıda olduğu zaman yayıldı”.
Siyasi icmalçı deyir ki, Azərbaycan həmişə saxlanılan hərbçilərin məsələsini siyasi kart kimi istifadə etməyə çalışıb. Buna görə də sual yaranır – bu humanitar addımın siyasi tərkibi varmı, ya yox?
Onun fikrincə, “hər hansı siyasi razılaşma və ya konsensus” olduğunu iddia etmək olmaz, amma sualın mövcudluq haqqı var.
Qafqazda iş fəallaşıb, xüsusən də kommunikasiyaların açılması məsələsində. Ekspertin sözlərinə görə, bu, dünyada yaranmış vəziyyətlə bağlıdır. O, deyir ki, Qafqaz həlledici zonalardan birinə çevrilir, çünki iqtisadi və ligistik sxemlər nəzərdən keçirilir.
Azərbaycanın “Zəngəzur dəhlizini həyata keçirmək üçün saxlanılan hərbçilər məsələsindən istifadə edə bilərmi” sualına cavabında Badalyan deyib ki, Bakı gündəmini siyasi yolla irəlilədə bilmir.
Azərbaycan tələb edir ki, Ermənistan kommunikasiyaların açılması haqda razılaşma çərçivəsində eksklavı Naxçıvanla əlaqə üçün “dəhliz” versin. Ermənistan hakimiyyəti cavab verir ki, yolları açmağa hazırdır. Amma “dəhliz” sözünün nəzərdə tutduğu kimi onlar üzərində suveren nəzarəti itirməyə qətiyyən razı deyil.
Siyasi icmalçının fikrincə, səbəb yalnız rəsmi Yerevanın dəhliz məntiqini rədd etməsində deyil:
“Azərbaycanın təsəvvürləri Rusiyanın yanaşması ilə üst-üstə düşmür. RF sərhəd xidmətinin Ermənistan ərazisindən Naxçıvanla əlaqəsi üzərində nəzarəti həyata keçirməsi Bakı üçün arzuolunan deyil. Türkiyənin və Azərbaycanın təsəvvürü belədir ki, kommunikasiya nəzarətsiz həyata keçirilməlidir”.
Hakob Badalyanın fikrincə, “Zəngəzur dəhlizini” hərbi yolla açmağı ancaq böyük oyunçular bacarar, Azərbaycan sadəcə alətdir:
“Belə təhlükə və ya risk ola bilər, əgər böyük oyunçular səviyyəsində belə qərar qəbul olunsa. Məsələn, əgər Rusiya və Türkiyə İranın iştirakı ilə regionda yeni vəziyyətin yaradılması haqda razılığa gəlsələr. Ya da ABŞ-Türkiyə-Azərbaycan səviyyəsində hansısa qərar qəbul edilsə. Əlbəttə ki, bütün bunlar sadəcə nəzəri ehtimaldır”.
Bakı beş ermənini qaytarıb