Bakı aeroportu Skytrax-ın dəyərləndirməsinə görə “5 ulduz” qazanıb
Bakının Heydər Əliyev adına beynəlxalq aeroportu Skaytrax World Airport Awards konsaltinq şirkətinin reytinqində Çanqi (Sinqapur), Tyubu (Yaponiya), Xaykou Meylan (Çin) və Tokio Xaneda (Yaponiya) kimi aeroportlarla bir sıraya yüksəlib. Bütün bu aeroportlar Skytrax-ın ən yüksək qiymətləndirməsinə – “5 ulduza” layiq görülüb.
“4 ulduz” qazanaraq, bir pillə aşağıda qərar tutanlar arasında Hitrou (Böyük Britaniya), Paris Şarl de-Qol (Fransa), Əbu-Dabi (BƏƏ), Amsterdam Sxipxol (Niderland), Düsseldorf (Almaniya), Vyana-Şvexat (Avstriya) və bir çox başqaları da var.
Skytrax – Britaniyanın nüfuzlu konsaltinq şirkətidir. Bu şirkət bütün dünyada aviaşirkətlərin və aeroportların xidmət səviyyəsini dəyərləndirir. Skytrax tərəfindən aeroportlarda aparılan yoxlamalar dünyada keyfiyyət etalonu hesab edilir.
Skytrax-ın saytında ən müxtəlif kriteriyalar üzrə aviaşirkətlərin və aeroportların reytinqi göstərilib: aeroportda şopinq keyfiyyətindən tutmuş, terminalların rahatlığına qədər. Reytinq yerləri və ulduzlar sərnişinlərin sorğusu əsasında müəyyən edilir. İnsanlara personalın işinin keyfiyyəti, qeydiyyat masası qarşısında növbələr, ternimalın təmizliyi və sairlə bağlı suallar verilir.
Biz bakılılardan Heydər Əliyev adına aeroportda nəyi bəyəndiklərini soruşduq və bu cavabları aldıq:
[yes_list]
- yüksək səviyyəli pulsuz internet;
- təmizlik;
- nəzakətli personal;
- məkanların sərnişinin özünü “qapalı” vəziyyətdə hiss etməməsini təmin edən uğurlu dizaynı.
[/yes_list]
Bakı aeroportu 1993-cü ildən fəaliyyət göstərir, 2004-cü ildə beynəlxalq aeroport Heydər Əliyevin adını alıb. Yeni aero-vağzal kompleksi 2014-cü ildə inşa edilib. Onun açılışından bir neçə ay sonra aeroport Skytrax-ın “4 ulduzuna” layiq görülüb.