Bu videodakılar sadə bakılılardı, rəqqas filan deyillər, Novruz Bayramı şərəfinə milli “yallı” rəqsi oynamağa hazırlaşırlar. Bu nə deməkdir? Azərbaycanda Novruz haqda hər şey aşağıda.
Novruz yaz gecə-gündüz bərabərliyinin qeyd olunduğu – Azərbaycanın ən qədim bayramlarından biridir. Martın 20-də (və ya 21-də, dəqiq vaxtı astronomlar deyir) “atəşpərəstlərin” Yeni İli gəlir, gecə ilə gündüz bərabərləşir və yaz başlayır.
Bayramı sadəcə dövlət səviyyəsində qeyd etmirlər, eyni zamanda ən uzun bayram tətili elan olunur – məsələn, bu il bayram tətili 9 gün davam edəcək.
Novruzu həmişə təmtəraqla qeyd edirlər. Məsələn, indi Bakıda küçə tamaşaları və bütün labüd atributlarla xalq şənlikləri davam edir.
Bayram şənlikləri faktiki olaraq bir ay öncədən başlanır. Məsələ burasındadır ki, bayramdan əvvəl 4 çərşənbə axşamı qədimdə Azərbaycan ərazisində yaşayan atəşpərəstlərin səcdə etdiyi 4 təbiət ünsürünü ehtiva edir: külək, torpaq, su və od.
Son çərşənbə axşamı – torpaq çərşənbəsi ən vacib sayılır və onu təntənəli mərasimlə və atəşfəşanlıqla qeyd etdilər.
Günəş balıqlar bürcündən qoç bürcünə keçdiyi zaman bahar gəlir. Daha bəzilərinin düşündüyü kimi martın 1-də deyil. Novruzun “vətənində” – yazın gəlişinin dəqiq zamanının təyin edildiyi Şamaxı rəsədxanasında necə qeyd olunduğu bizim üçün maraqlı oldu.
Pirqulu Şamaxının kurort məkanıdır – bakılıların sevimli istirahət yeri, çünki bura paytaxta yaxın yerləşir və ucuz başa gəlir.
Mühəndis Akif Soltanov burada 40 ildən çox çalışıb. Onun sözlərinə görə, əvvəllər Astrofizika Fakültəsinin məzunlarını işləmək üçün buraya göndərirdilər. İndi isə fakültə var, tələbələr var, iş isə yoxdur
Pirquluda olduğumuz evin inşasına 2008-ci ildə başlayıblar, 2013-cü ildə bitirib təhvil veriblər. “Köhnə binada yaşamaq artıq mümkün deyildi, indi isə mərkəzləşdirilmiş isitmə sistemi də var”. Bina hazır olan kimi mənzillər rəsədxanada çalışanlara və onların ailələrinə (rəsədxana ərazisində ümumilikdə 150 nəfər yaşayır) verilib. Mənzillər “xüsusi təyinatlı” kateqoriyasına aiddir, buna görə də sakinlər evlərin sahibi deyil, sadəcə “kirayə pulu ödəməyən kirayənişinlərdir” (Akif Soltanovun sözlərinə görə)
Həqiqi, astronomik baharın gəlişini məhz Şamaxı Rəsədxanasında təyin edirlər. Bu il yaz rəsmən martın 20-i saat 14.29-da gəlib. Yazın başlanmasını riyazi üsulla 20 il öncədən də müəyyən etmək mümkündür. Məsələn, gələn il yaz bu ilkindən 6 saat daha gec gələcək
Burada astronomik baharın gəlişi müəyyən edilsə də, bayramlarından da qalmırlar. Bütün məhəllə ocaq başına toplaşıb (hətta deyərdim ki “rəsədxana uşaqları” toplaşıb, çünki ocağı qalayanlar rəsədxana əməkdaşlarının uşaqlarıdır)
Plov – bayramın vacib atributu
Ta qədimdən Şamaxıda Novruz Bayramında qəbiristanlığa şirniyyat, çərəz dolu səmənili xonça aparıb, doğmalarının məzarına qoymaq kimi adət var. Bu adətin nə zaman yarandığı bəlli deyil. Amma bu, böyük savab sayılır, çünki yerli uşaqlar, xüsusən də kasıb ailələrin uşaqları gəlib bu şirniyyatları aparırlar
Şamaxıda Novruzda xüsusi şirniyyat hazırlayırlar – səməni halvası. Bu şirniyyatın hazırlanması çox vaxt və əmək tələb edir. Halvanı hazırlamazdan bir həftə əvvəl buğdanı yuyub iliq suya qoyurlar, hər gün buğdanı yuyub, suyunu dəyişirlər, buğdanın keyfiyyətindən asılı olaraq bəzən bunu gündə bir neçə dəfə eləmək lazım gəlir. Buğda cücərəndə onu son dəfə yuyub ət maşınından keçirilər. Sonra bu kütləni tənziflə süzürlər. Alınan maye ilə şirin xəmir hazırlayırlar. Xəmiri vam odda mis və ya çuqun teştdə iti uclu mis ərsin vasitəsilə ərinmiş kərə yağı əlavə edərək dörd saatdan səkkiz saata qədər yaxşı-yaxşı qarışdırırlar. Sonda halva qəhvəyi rəng alır. Bu zaman ona müxtəlif ədviyyatlar – mixək, darçın, zəncəfil, qara istiot, sarıkök, zirə, cirə əlavə edirlər. Halva soyuyandan sonra onu paylara ayırıb, kürə və ya digər formalara salırlar. Üzərinə xırdalanmış qoz əlavə edəndə daha dadlı olur