Azərbaycandan Yerevana uçan təyyarə niyə boş idi – Bakıdan şərh
Cümə günü, aprelin 9-a keçən gecə Bakıdan uçan təyyarə Yerevanın Erebuni aeroportuna enib. Təyyarə 2020-ci ilin dekabrında müharibədən sonra Qarabağda ələ keçirilən və Bakıda saxlanılan erməni diversantları (Ermənistanda onları hərbi əsir adlandırırlar) Ermənistan paytaxtına aparmalı idi. Amma təyyarə boş olub.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlığı Təşkilatının (İƏT) baş katibi Yusif bin Əhməd əl-Useymin ilə birgə mətbuat konfransında deyib ki, həmin 62 nəfər hərbi əsir adlandırıla bilməz. “Onlar Qarabağda müharibədən sonrakı dövrdə saxlanılıblar və buna görə də diversant hesab olunurlar. Azərbaycan bütün hərbi əsirləri Ermənistana qaytarıb”, – o qeyd edib.
- Şuşaya atılan “İsgəndər”in qalıqları Bakıda nümayiş olunub – FOTO
- “Dağlıq Qarabağ münaqişəsi öz həllini tapıb” – İlham Əliyev
- Qarabağda “aprel müharibəsi”nin beşinci ili. Bu nəyi dəyişdi? Bakı və Yerevandan ekspertlər
Bakıdan yola düşən boş təyyarə ilə bağlı hadisə Azərbaycanda da böyük marağa səbəb olub. Politoloqlar və bloqerlər hadisəni analiz edir və baş verənlərlə bağlı öz versiyalarını irəli sürürlər.
“Son məqamda Bakı aldatmaq alınmayacaq”
Jurnalist və bloqer Həmid Həmidov dünən Bakıdan Yerevana boş təyyarının uçmasını belə şərh edib:
“Anladığım qədərincə, xronologiya belədir.
Koçaryan Moskvaya uçur. Putinlə danışır (dediyinə görə, şəxsən görüşmədən), sonra Poznerin qonağı olur, Yerevana uçur.
Daha sonra Moskvaya Nikol Vovayeviç uçur, hansını ki, Putin nümayişkaranə şəkildə Vladimiroviç adlandırır və bununla da erməni generalların Muradovla görüşündə Rusiya bayrağının tərs çevrildiyini xatırladır.
Burada iki məqam var. Vovayeviç Moskvaya Koçaryandan sonra uçur. Vovayeviç Moskvaya Koçaryanın cinayət təqibinə son qoyandan sonra uçur.
Vovayeviç gözlədiyinə nail olmadan (bunu özü KİV-ə etiraf edir) Yerevana qayıdır.
Paşinyanla görüşündən sonra Putin Əliyevə zəng edir. Söhbətin təfərrüatları heç kimə məlum deyil.
Amma bunun ardınca Muradovu gətirən təyyarə Bakıya uçur. Müharibə rəsmən bitəndən sonra bizim tərəfin hıbs etdiyi diversantları və terroruları Yerevanda sevinclə gösləyirlər.
Muradov gəlir, yerində ayaq döyüb, Yerevana uçur. Tək. Boş təyyarədə.
Azərbaycanda həbs olunan erməni diversantların valideynləri Yerevanda boş təyyarəni qarşılayırlar. Onlar məyusdur, qəzəblidir və itkin düşən erməni əsgərlərinin artıq bir sutkadır Müdafiə Nazirliyinin girişlərini və çıxışlarını bağlayan valideynlərinə qoşulurlar.
Yerevanda anlayırlar ki, sadəcə bir səbəbdən hətta üçüncü ölkələrin köməyi ilə də Bakıya təzyiq göstərmək alınmır – məhz Azərbaycan bu müharibədə qələbə qazanıb, bundan doğan bütün nəticələrlə birlikdə.
İndi də Bakının Ermənistana sadəcə Muradovun olduğu boş təyyarəni göndərməklə bir növ Moskva və Yerevanın burnunu ovması haqda.
Hesab edirəm ki, dəyərləndirmə çox da doğru deyil. Bakının kiminsə burnunu ovmaq məqsədi yoxdur. Bakının indi iki vəzifəsi var – işğaldan azad edilən torpaqların bərpası və sülhməramlıların nəzarəti altında olan Azərbaycan ərazilərini azaltmaq hesabına ərazilərin işğaldan azad edilməsini genişləndirmək.
İstisna deyil ki, Moskvada Paşinyan Putinin hansısa təklifi ilə razılaşıb, o da bunu Əliyevə danışıb. Cavabında ola bilər ki, biz diversantları qaytarmağa hazır olmuşuq.
Yerevana qayıdandan sonra Paşinyan böyük ehtimalla fikrini dəyişib və Putinə verdiyi sözdən imtina edib. Bakıda bu haqda vaxtında xəbər tutublar və Muradovu Yerevana tək göndəriblər.
Burun ovub-ovmamağı bilmirəm. Amma əminəm ki, həm Yerevanda, həm də Moskvada qəti şəkildə anlayıblar ki, son anda Bakını aldatmaq, hansısa hiyləgərcə qurulmuş oyunların köməyilə bizdən istədiklərini almaq mümkün olmayacaq. Torpaqlar son santimetrə qədər bizim olmalıdır. Olmalıdır və olacaq”, – Həmidov Facebook səhifəsində yazıb.
“Azərbaycan bu oyuna düşmədi”
Siyasi şərhçi Aqşin Kərimovun fikrincə, Rusiyanın vasitəçiliyi ilə hazırlanmış plan Bakının ssenarisi üçündən boşa çıxıb:
“Təyyarə İrəvana boş gedib. Proseslərin gedişatı və yayılan informasiyaları təhlil etsək, görürük ki, Azərbaycan həqiqətən də diversantların ən azından bir qisminin geri qaytarılmasına razılıq verib, lakin bunun əvəzində çox böyük şeylər istəyib.
Bu nə idi? Təhlillərdə daha çox Zəngəzur dəhlizi üzərində dayanılır. Halbuki Ermənistanın özü də dəhlizin tam gücü ilə işə düşməsinə çalışır, çünki bu, böhran içərisində olan Yerevan üçün ən əlverişli iqtisadi fürsətdir.
Ötən gün baş verənlər isə göstərdi ki, son anda razılaşma hansısa səbəbdən, çox güman ki, Ermənistanın “aldadıcı manevrlər mövqeyi” səbəbindən pozulub.
Ehtimal: Yəqin ki, Azərbaycan diversantların bir qisminin geri qaytarılmasına qarşılıq olaraq ilk mərhələdə ərazilərin bir qismindən erməni qoşunlarının çıxarılmasına dair Ermənistandan etibarlı zəmanət ala bilməyəcəyini vaxtında hiss edib.
Gözdən qaçan əsas detala gəlincə. Gəlin, üç gün öncə Xankəndinin deputatı Tural Gəncəliyevin Xankəndidə ofis axtardığını elan etməsinin mahiyyətində dayanan xırdalıqlara işıq tutaq. İlk baxışda bunu populizm kimi qiymətləndirə bilərik. Lakin elə deyil.
Bu, Azərbaycan hakimiyyətinin qeyri-rəsmi yollarla verdiyi mesajın təzahürləri idi.
Tural Gəncəliyev o açıqlamadan sonra heç bir müsahibə vermədi, səbəb isə budur ki, proseslərin gedişatına uyğun davranacaq və hadisələri qabaqlamayacaq. Həm də yuxarı dairələrdən cənab Gəncəliyevə əlavə heç nə danışılmaması tapşırılmışdı.
Ermənistan növbəti dəfə Azərbaycanı aldadacağını və bununla vaxt qazanacağını düşünüb, lakin Azərbaycan bu oyuna düşməyib. Azərbaycan indi “birinci Ermənistan etsin, sonra mən” prinsipini rəhbər tutur”, – Kərimov qeyd edib.