Azərbaycanda biristifadəlik plastiklərlə mübarizə başladılacaq
Paylaşmaq
Paylaşmaq
Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi biristifadəlik plastik əşyalarla mübarizəyə başlayır və bunun üçün kompleks tədbirlər planı hazırlayır. Bu haqda nazirliyin nümayəndəsi Umayra Tağıyeva bildirib. Onun sözlərinə görə, Avropa Parlamenti Avropa İttifaqı ərazisində plastik qab-qacağı və plastikdən olan digər birdəfəlik əşyaları qadağan etdiyi üçün Azərbaycanın da bununla ciddi məşğul olmasının zamanı yetişib.
Bununla belə, Tağıyevanın dediyi kimi, birdəfəlik plastikdən imtina tədricən, həm də istehlakçıların və sahibkarların maraqları nəzərə alınaraq həyata keçiriləcək. Nazirlik əhali arasında sorğudan başlayacaq ki, bununla bağlı insanların fikrini müəyyən etsinlər.
İndiyə qədər Azərbaycan plastik tullantı ilə mübarizə çərçivəsində bu cür tullantılar üçün 100 xüsusi konteyner quraşdırılıb.
Avropa İttifaqı ərazisində biristifadəlik plastik əşyalardan tam imtina 2021-ci ildə baş tuta bilər. Regionda bu istiqamətdə ilk addımı elə Gürcüstan atıb, orada oktyabrın 1-dən nazik polietilen paketlərin istehsalı və istifadəsi qadağan olunub.
Azərbaycana gəlincə, plastik tullantı, xüsusən də polietilen paket problemi ümumilikdə çox kəskin durumdadır. Bakı sakinləri hətta bəzən onu “uçan paketlər şəhəri” adlandırırlar. Bakı küləyinin paketləri havada uçurduğu nəzərdə tutulur – bu mənzərə Azərbaycan paytaxtı üçün adi haldır.
Gürcüstanda tətbiq olunan yeni qayda haqda xəbər tutan kimi Azərbaycanda bir çox sosial şəbəkə istifadəçiləri açıq şəkildə qonşulara qibtə ifadə edir, belə bir qadağanı burada arzu edirdilər:
“Yenə də biz hamıdan axıra qalmışıq. Kaş ki, heç olmasa nəydəsə birinci olardıq. Amma bizim rəhbərlik sona qədər pis olan hər şeydən bərk yapışır”.
“Külək əsəndə bütün bağçam Yeni il yolkası kimi olur. Sadəcə oyuncaqlar əvəzinə budaqlardan paketlər sallanır. Onları çıxaranda isə böyrəklərini zədələyə bilərsən”.
Amma polietilendən imtina fikrinin uğurlu olmadığını düşünənlər də var:
“Yaxşı nə var ki? Bir düşünün, plastik paketləri kağız paketlərlə əvəz etmək üçün nə qədər ağac qırmalı olacaqlar!”.
“Polietilenlə mübarizə aparmaq lazım deyil, onu ağılla tətbiq etmək lazımdır… Yoxsa “yaşıllar” sektasının adeptinə çevrilmək mümkündür”.