Azərbaycan və İran arasında diplomatik duel
Azərbaycan və İran arasında diplomatik duel
Azərbaycan və cənub qonşusu arasında gərginlik artmaqdadır. İki ölkənin hərbi idarələri bir-birini qarşılıqlı ittiham edib. Daha sonra diplomatik duelə bilavasitə diplomatlar – hər iki ölkənin xarici işlər nazirlikləri qoşulub. Rusiya Azərbaycanla İran arasında fikir ayrılıqlarının aradan qaldırılması məsələsində vasitəçilik təşəbbüsü ilə çıxış edib. Politoloq Elxan Şahinoğlunun fikrincə, Rusiyanın vasitəçiliyi heç vaxt Azərbaycanın xeyrinə olmayıb.
- Azərbaycan Ermənistanla sərhəddə yeni yüksəklikləri nəzarətə götürüb. Bakıdan şərhlər
- Roma Statutunun ratifikasiyası: Ermənistan hakimiyyəti Rusiyaya qarşı çıxacaqmı?
- Qarabağ ermənilərinin Bakıdakı danışıqlardan növbəti imtinası nəyə gətirib çıxara bilər? Şərhlər
Azərbaycan Müdafiə Nazirliyinin bəyanatı
Azərbaycan Müdafiə Nazirliyi İran Ordusunun Quru Qoşunlarının komandanı Kiomərs Heydərinin açıqlamalarına cavabdan ibarət bəyanat yayıb.
Sənəddən məlum olur ki, “ Heydəri öz cəfəng fikirlərində Azərbaycanda guya “sionist” qüvvələrin olması və 44 günlük Vətən müharibəsində Azərbaycanın Suriyadan gətirilən İŞİD terroristlərindən istifadə etdiyini və onların hələ də ölkə ərazisində olduğunu iddia edir”.
Heydəri həmçinin vurğulayıb ki, İran tərəfindən Ermənistan ilə sərhəddə dəyişikliklərə icazə verilməyəcəyini deyi.
“İlk öncə bildiririk ki, Azərbaycan Respublikası ərazisində hər hansı xarici qüvvələrin olması haqqında İran tərəfinin ittihamı əsassızdır və tamamilə qəbuledilməzdir. Ümumiyyətlə, Azərbaycan Respublikasının ərazisində kənar elementlər mövcud deyildir”, – Azərbaycan Müdadafiə Nazirliyinin bəyanatında deyilir.
Qurum Heydariyə xatırladıb ki, “Ermənistan 30 il ərzində Azərbaycan ərazilərini işğal altında saxlamışdır. Bu hərbi təcavüz nəticəsində Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsi də işğal edilmişdi. Lakin İran tərəfi bir dəfə də olsun Ermənistana münasibətdə ittihamedici açıqlama verməmişdir”.
“Əksinə bu dövr ərzində İran-Ermənistan qardaşlığı daha da güclənmişdir. Bu gün də heç kimə sirr deyil ki, Ermənistanın dünyada iki əsas müttəfiqi varsa onlardan biri Fransa, ikinci isə İrandır”, – nazirliyin bəyanatında qeyd edilib.
“44 günlük Vətən müharibəsində Azərbaycanın guya İŞİD terrorçularından istifadə etməsinə dair ittihama cavab olaraq bildiririk ki, şanlı Azərbaycan Ordusu təkbaşına torpaqlarımızı işğaldan azad edərək zəfər salnaməsi yazmışdır. Bu iddia cəfəng ittiham və iftiradan başqa bir şey deyildir. Bu ittihamın məhz terrorizmi dəstəkləyən və adı dünyanın müxtəlif ölkələrində terror əməllərinin törədilməsində keçən dövlətin yüksək çinli hərbçisi tərəfindən irəli sürülməsi istehza və gülüş doğurur”, – deyərək nazirlik bəyanatını yekunlaşdırıb.
İran izahat tələb edib
İsrailin xarici işlər naziri Eli Koen Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Təl-Əvivdə keçirdiyi birgə mətbuat konfransında bildirib ki, “Azərbaycan və İsrail İrana qarşı birgə hərəkət etməlidir”.
Koen qeyd edib ki, İran regionda təhlükəsizliyi təhdid edir, terroru maliyyələşdirir və Yaxın Şərqdə sabitliyi pozur.
“Biz İrana qarşı birgə hərəkət etməliyik. İranın nüvə imkanlarını genişləndirməsinə imkan verməməliyik”, – deyə o, əlavə edib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani israilli nazirin çıxışını “anti-İran razılaşması və İrana qarşı vahid cəbhənin yaradılması” kimi qiymətləndirib.
“Sionist rejimin xarici işlər nazirinin vahid anti-İran cəbhəsinin yaradılması ilə bağlı təklifi, eləcə də Azərbaycan xarici işlər nazirinin “Azərbaycan və sionist rejim arasında strateji tərəfdaşlığın yeni mərhələsi” adlı bəyanatı anti-İran yönümlülüyün üstüörtülü təsdiqidir. Ona görə də Azərbaycan hakimiyyətindən izahat tələb edirik”, – İran XİN-in açıqlamasında qeyd olunub.
Kənani bildirib ki, İsrailin xarici işlər nazirinin Azərbaycan xarici işlər naziri ilə imzaladığı birgə bəyanat “İrana qarşı birləşmiş cəbhə”, həmçinin Azərbaycan ərazisini dəyişdirmək kimi mənfur niyyətləri ifadə edən növbəti sənəddir.
н оценил это как угрозу национальной безопасности ирана и решительно осудил заявление.
O, bunu İranın milli təhlükəsizliyinə təhdid sayıb və qəti şəkildə pisləyib.
Kənani İran və Azərbaycan xalqları arasında qırılmaz tarixi və dini əlaqələrin olduğunu da qeyd edib.
O əlavə edib ki, İran İslam Respublikası hər zaman bədxahların xalqlar arasında məsafə yaratmaq cəhdlərinin qarşısını almağa çalışıb.
“İki qonşu ölkə və Azərbaycan hökumətinin də düşmənlərin qurduğu tələdən yayınması gözlənilir. İki ölkə arasında əlaqələr genişlənib. Aydındır ki, İran İslam Respublikası sionist rejimin Azərbaycan ərazisindən ona qarşı sui-qəsdinə biganə qala bilməz”, – deyə XİN rəsmisi qeyd edib.
Azərbaycan İranı deputata qarşı sui-qəsddə günahlandırıb
Çərşənbə axşamı, martın 28-də naməlum şəxslər Azərbaycan Milli Məclisinin deputatı, İran əleyhinə mövqeyi ilə tanınan Fazil Mustafaya silahlı basqın ediblər.
Deputat iki güllə yarası alıb, xəstəxanaya yerləşdirilib, iki əməliyyat olunub, hazırda onun həyatına heç bir təhlükə yoxdur.
Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti bu cəhdi terror aktı kimi qiymətləndirib.
Bu gün Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayıb ki, Fazil Mustafaya qarşı törədilən terror aktı ilə bağlı aparılan araşdırmanın ilkin nəticələri İrana işarə edir.
Rusiya vasitəçi olmaq istəyir
Rusiya və İran xarici işlər nazirləri Sergey Lavrov və Hüseyn Əmir Abdullahianın Moskvada keçirilən görüşündə Rusiya xarici işlər naziri İran və Azərbaycan münasibətlərindəki gərginliyin aradan qaldırılması üçün ölkəsinin vasitəçilik xidmətlərini təklif edib. Lavrov əmin olduğunu bildirib ki, bu gərginlik müvəqqətidir.
Azərbaycanlı politoloq, “Atlas” Analitik Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun fikrincə, Kreml Azərbaycanla Ermənistan arasında nrcə “vasitəçilik” edirsə, eynisini Azərbaycanla İran üçün təklif edir.
“Rusiyanın vasitəçiliyi heç zaman Azərbaycanın xeyrinə olmayıb. Azərbaycanla İran arasında vasitəçiyə ehtiyac yoxdur.
İran Azərbaycana qarşı təxribatlarını dayandırsın, səfirliyimizə edilən hücumu araşdırmağa başlasın və bu haqda Bakını məlumatlandırsın, bu halda gərginlik azalar. Ancaq Tehran bunların heç birini etmir.
Kreml “vasitəçi” olaraq Tehranı gərəkən addımları atmağa məcbur etməyəcək, əksinə İranla əlbir olub Azərbaycana qarşı təzyiqi artıracaq”.