“İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar.
Hər iki tərəfdən itki var.
Hazırda bu istiqamətdə döyüş gedir. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır”.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan “Facebook” səhifəsində yazıb:
“Bu gün təxminən saat 12:30-da Azərbaycan SQ hərbçiləri, bizə məlum olmayan səbəblərə görə, UAZ avtomobilində Tovuz istiqamətində Ermənistan Respublikasının sərhədlərini pozmağa cəhd ediblər. Erməni tərəfinin xəbərdarlığından sonra, rəqibin hərbçiləri UAZ avtomobili qoyaraq, öz mövqelərinə qayıdıblar.
Saat 13:45-də Azərbaycan SQ hərbçiləri artilleriya atəşindən istifadə edərək, bizim dayaq məntəqəmizi ələ keçirməyə cəhd ediblər, lakin atəşlə tutduqları mövqelərdən geri çəkilməyə məcbur ediliblər, canlı qüvvədə itki veriblər.