Mayın 11-dən Gürcüstanda koronavirus pandemiyası ilə bağlı elan olunmuş bəzi məhdudiyyətlər aradan qaldırılıb. Mağazalar açılıb, bizneslər işə düşüb. Yoldan keçənlərə verilən sual məhz bununla bağlı olub: Karantini aradan qaldırmaq lazımdırmı, yoxsa hələ tezdir?