Azərbaycanlı hüquq müdafiəçisi Merabişvili haqqında
İnsan haqları üzrə Avropa məhkəməsinin (Starsburq məhkəməsi) iyunun 14-də çıxardığı qərarda deyilir ki, Gürcüstanın keçmiş baş naziri Vano Merabaşviliyə münasibətdə Avropa Konvesiyasının 18-ci maddəsi pozulub.
Qərarda bildirilir, Gürcüstan hakimiyyəti ona dəyən mənəvi zərərə görə 12 min avro məbləğində təzminat ödəməlidir.
Saakaşvilinin sağ əli keçmiş daxili işlər naziri və baş nazir Vano Merabişvili artıq üçüncü ildir ki, həbsxanadadır. O hakimiyyətdə olduğu müddətdə vəzifə səlahiyyətlərini aşdığına görə 5 il müddətinə həbs cəzasına məhkum olunub.
Merabişvilinin müdafiə tərəfi bildirir ki, Starsburq bu qərarı ilə faktiki olaraq onun siyasi məhbus olduğunu etiraf edib. Keçmiş məmurun vəkili Otar Kaxidze vurğulayır ki, Avropa məhkəməsi konvensiyanın 18-ci maddəsinin pozulmasını yalnız bir neçə dəfə tanıyıb.
Bu işlərin arasında ukraynalı siyasətçilər Yulia Timoşenko və Yuriy Lutsenkonun işləri var. Kaxidze həm də azərbaycanlı hüquq müdafiəçisi Rəsul Cəfərov və REAL hərəkatının lideri İlqar Məmmədovun işləri ilə paralel gətirir.
“İnsan haqları üzrə Avropa məhkəməsi “Cəfərov Azərbaycana qarşı işində konvensiyanın 18-ci maddəsində pozuntunu üzə çıxaranda Azərbaycan prezidenti İlham Əliyev məhbusu qərarın çıxarılmasından bir neçə saat sonra azadlığa buraxdı, – Kaxidze bildirir.
18-ci maddənin pozulması məhbusun avtomatik olaraq siyasi məhbus kimi tanınması deməkdirmi və həqiqətənmi Cəfərov, Məmmədov və Merabişvilinin işləri arasında oxşarlıq var. Bu mövzu ilə bağlı JAM-news uzun illər boyu, o cümlədən də Avropa məhkəməsində siyasi məhbusların işləri ilə məşğul olan, Azərbaycan Hüquq Müdafiəsi Mərkəzinin rəhbəri Eldar Zeynalovla söhbət etdi.
Merabişvilini Starsburqun qərarına əsasən siyasi məhbus hesab etmək olarmı?
Cinayət işində Avropa İnsan Haqları Konvensiyasının 18-ci və 5-ci maddələri üzrə pozuntunun olması azadlıqdan məhrum olunan insanı mütləq şəkildə siyasi məhbus etmir. Bu sadəcə o deməkdir ki, azadlıqdan məhrum edilmə “başqa məqsədlərlə tətbiq edilib, yəni insan əsassız saxlanılmanın qurbanı olub.
Amma bu “başqa məqsəd Avropa İnsan Haqları Konvensiyası və onun protokolları ilə müəyyən olunan fundamental zəmanətlərin, o cümlədən fikir, vicdan və din azadlığı, ifadə və informasiya azadlığı, sərbəst toplaşma və birləşmək azadlığının pozulmasıdırsa, Avropa Məhkəməsinin Konvensiyanın 18 və 5-ci maddələrinin pozulması ilə bağlı qərarı məhbusun AŞPA-nın 1900(2012) saylı qətnaməsində verilən tərif üzrə məhz “siyasi adlandırılmalı olmasının xeyrinə dəmir arqument olacaq.
Misal üçün, siyasi fəal İlqar Məmmədovun məsələsində Avropa İnsan Haqları Məhkəməsi müəyyən edib ki, həbs onun fikrini azad ifadə etmək hüququnun, Rəsul Cəfərova münasibətdə isə birləşmək hüququnun pozulması ilə həyata keçirilib.
Avropa İnsan Haqları Məhkəməsinin onların işləri üzrə qərarlarında onlar siyasi məhbus adlandırılmasa da (bu, Avropa Məhkəməsinin mandatına daxil deyil), Cəfərov Avropa İnsan Haqları Məhkəməsi öz qərarını dərc etdiyi elə həmin gün azad edildi, Məmmədovun azad edilməsi ilə bağlı isə hazırda intensiz danışıqlar aparılır.
AŞPA qətnaməsinin son bəndi Avropa Şurasına üzv ölkələrin üzərinə “siyasi məhbus olduğu güman edilən istənilən şəxsin yuxarıda qeyd edilən meyarların əlavə edilməsi ilə işlərinin yenidən baxılması və istənilən belə məhbusu (hansına nəyin tətbiq olunmalı olmasından asılı olaraq) azad etmək və ya yenidən məhkum etmək öhdəliyi qoyub. 2013-cü ildə Gürcüstan Avropa Şurasına üzv ölkələr arasında həmin vaxt bu tələbi yerinə yetirən yeganə dövlət oldu. Amma bu gün həbsləri eyni suallar doğuran insanların böyük siyahısı var, bu siyahıya Vano Merabişvili də daxildir.
Praktiki mənada Avropa Məhkəməsinin onun işi ilə bağlı qərarı nə verir?
İlk növbədə Avropa İnsan Haqları Məhkəməsinin prosedurasına görə, qərar hələ qanuni qüvvəyə minməyib, buna görə də hazırda hakimiyyətin qarşısında heç bir öhdəlik qoymur. 3 ay ərzində tərəflərdən biri (ərizəçinin özü və hökumət) Böyük Palataya şikayət ünvanlıya bilər. Bildiyim qədər, Gürcüstan hökuməti artıq Avropa Məhkəməsinin qərarından etiraz edəcəyini bildirib
Belə olan halda qərar dəyişə bilərmi?
5 hakimdən ibarət kollegiya bu şikayəti məqbul saysa, Avropa İnsan Haqları Məhkəməsinin qərarının icrası dayandırılacaq və yekun qərar Böyük Palatanın qərarı olacaq. Düzdür, bu, Avropa Məhkəməsi tarixində çox nadir haldır, bu cür şikayətlər yalnız adi palatanın 7 hakimi arasında kəskin fikir ayrılığı olan zaman (misal üçün, 3:4 nisbətdə) qəbul edilir. Amma bu, Merabişvilinin məsələsinə aid deyil, çünki qərar yekdilliklə qəbul edilib və buna görə də Gürcüstan hakimiyyətinin şikayəti çətin qəbul edilsin.
Beləliklə də hələ bu ilin axırına qədər Merabişvilinin işi ilə bağlı qərar çox güman ki, qanuni qüvvəyə minəcək. Gürcüstan Ali Məhkəməsi həmin qərarı icra etməli və həmin cinayət işi üzrə milli məhkəmələrin 18 və 5-ci maddələrə aid edilən qərarlarını, yəni həm işin mahiyyəti, həm də qətiimkan tədbirinin seçilməsi ilə bağlı qərarları ləğv etməli olacaq. Bu mərhələdə onun vəkili artıq 1900(2012) saylı qətnaməsinə müraciət edərək, müştərisinin azad olunmasını tələb edə bilər.
Amma əgər Merabişvilinin işində həqiqətən də maliyyə ciinayətləri varsa, hakimiyyət başqa yolu seçib, yeni məhkəmə prosesinə də başlaya bilər. Amma bu zaman məhkəmə Merabişvilinin yenidən həbs olunmasının zəruriliyini əsaslandırmalı və 3 il bundan əvvəl olmayan yeni dəlillər və sənədlərin üzə çıxa biləcəyi ilə hesablaşmalı olacaq. Buna görə də hakimiyyətin imici üçün ərizəçini azad edib, ona təzminat ödəmək daha asan olar.
Dərc olunub 16.06.2016