Müsəlman şiələr üçün matəm günü olan Aşura zamanı Azərbaycanda hər il özünə əzab vermək əvəzinə qan donoru olmaq çağırışı edilir. Bu il isə karantin və koronavirus səbəbilə ümumiyyətlə bütün toplantılar və mərasimlər qadağan olunub. Tabe olmadığına görə 200 nəfərdən çox insan cərimələnib, 10 nəfər mühakimə ediləcək.
Amma heç kimin qadağan etmədiyi tam leqal ənənə də var – yeddi dənli bitki növündən xüsusi yeməyin bişirilməsi. Bu yeməyin resepti imam Hüseynin qətli və doğmalarının əziyyəti ilə bağlı əfsanədən gəlir.