Azərbaycanda işsizlik: rəsmi statistika və reallıq
Azərbaycanın iqtisadi statistikasında ən mübahisəli məqamlardan biri işsizlik üzrə məlumatlardır. Müstəqil ekspertlər az qala həmişə rəsmi statistikanın dürüstüyü ilə bağlı şübhələrini dilə gətirirlər. Karantin dövründə problem daha dərinləşib. Əgər əvvəllər işsizlər heç olmasa gündəlik iş tapa bilirdilərsə, sərt karantin dövründə bu imkan olmayıb.
Buna görə də, Azərbaycanda işsizliyin real səviyyəsinin necə olmasını və bunun ümumilikdə iqtisadiyyat üçün nə demək olduğunu bilmək lazımdır.
Əvvəlcə müəyyənləşdirək ki, işsizlər nə deməkdir. Bu, işləməyə qabil və işləmək istəyən, lakin iş tapa bilməyən insanlardır. İqtisadi fəal vətəndaşların ümumi sayında işsizlərin payı, başqa sözlə yaşlı işqabiliyyətli əhaliyə faiz nisbəti işsizlik səviyyəsidir.
1 yanvar 2020-ci ilə olan rəsmi məlumata görə, Azərbaycanda işsizlərin sayı 251,6 min nəfərdir. Bu isə iqtisadi fəal əhalinin təxminən 4,84 faizidir. Bu səbəbdən, hökumət daim işsizliyin beş faizlik səviyyəsindən danışır ki, bu da prinsipcə, kifayət qədər yaxşıdır. Ölkədə az sayda işsizlərin mövcudluğu hətta inkişaf etmiş iqtisadiyyat üçün belə normaldır, inkişaf etməkdə olan iqtisadiyyatda isə səkkiz faizə də çata bilər.
Problem bundadır ki, ola bilsin, rəsmi statistika işsizlik əmsalını iki yolla azaldır – birincisi, bütün işsizləri qeydə almır, ikincisi, iqtisadi fəal əhalinin sayını çoxaldır.
Biz müstəqil şəkildə işsizliyin real səviyyəsini hesablamağa cəhd edə bilərik.
Beləliklə, rəsmi məlumatlara görə, 1 yanvar 2020-ci il tarixinə Azərbaycanda 6 408,5 min işqabiliyyətli vətəndaş və 160,8 min pensiya yaşında şəxs olub ki, sonuncular işləməkdə davam edirlər. Nəzərə alırıq ki, əmək qabiliyyətli şəxslərə 15.63,5 yaşlı kişilər və 15-60,5 yaşlı adınlar aid edilir.
Eyni zamanda, həmin dövrə iqtisadi fəal əhalinin sayı 5 190,1 min nəfər təşkil edir. Bunlar biz 251,6 min işsiz sayını müəyyənləşdiririk.
İqtisadi fəal əhalinin sayından pensiyaçıların sayını çıxsaq, alınır ki, əməkqabiliyyətli işləyən əhalinin sayı 5 029,3 min nəfərdir. Əmək qabiliyyətli əhalinin ümumi sayından bu rəqəmi çıxanda 1 379,2 min nəfər alınır.
Başqa sözlə, ilin əvvəlinə olan məlumata görə, əmək qabiliyyətli 1 379,2 min nəfər – demək olar ki, hər beşinci adam – ümumiyyətlə əmək bazarından kənardadır. Güman etmək olar ki, bunlar evdar qadınlar və muzdlu iş axtarmaq istıməyən digər vətəndaşlardır. Əmək bazarına yalnız məşğul olanlar və işsizlər aiddir. Sonuncular isə fəal şəkildə iş axtarışı ilə məşğul olanlardır.
Məşğul olanlara gəlincə, Azərbaycandakı “Məşğulluq haqqında” qanunda kifayət qədər maraqlı ifadələr var. Bekə ki, məşğul əhaliyə torpaq sahibləri və ya ailə-kəndli təsərrüfat üzvləri, həmçinin hərbçilər və ali məktıblərin əyani şöbəsində təhsil alanlar və bir çox başqaları aid edilir.
Bəs Azərbaycanda əslində neçə adam işləyir? Bilirik ki, qanunvericiliyə əsasən, insan üç gündən artıq işləyirsə, dövlət sosial müdafiə fondunun sistemində qeydiyyatdan keçməlidir. 1 yanvar 2020-ci il tarixinə 3 934 821 nəfər qeydiyyatdan keçib.
Bunlardan 1 645 436 nəfəri muzdlu işçilərdir. Daha 914 621 nəfər sahibkardır.
Beləliklə, 1 374 764 nəfər qalır ki, sistemdə qeydiyyatdadırlar, lakin hazırda nə işçidirlər, nə də sahibkar. Bəs bunlar kimdir? Ola bilsin ki, onlar kənd təsərrüfatı ilə məşğul olanlardır. Rəsmi məlumatlara əsasən, kənd təsərrüfatı nazirliyində 519 674 fermer qeydiyyatdan keçib ki. bunların torpaq sahəsi orta hesabla 3 hektardır. Onlar öz ailələri ilə birlikdə faktiki “məşğuldurlar”. Üç hektardan üç yaşlı insandan artıq daha kimin üçünsə qazanmaq kifayət qədər mürəkkəb məsələdir. Bu səbəbdən. bu rəqəmi 3-ə vururuq və 1 559 022 alırıq. Güman etmək olar ki, onlardan bəzilərinin sosial kartları var, bəzilərində isə yoxdur.
Faktiki olaraq, biz məşğullar kateqoriyaları üzrə rəsmi məlumatlardan istifadə edərək, dövlət statistikasının nəticələrini yoxlayırıq. İşsizləri ayırmaq üçün bizə 5 190,1 min nəfərdən aşağıdakı kateqoriyaları çıxmaq lazımdır:
- Muzdlu işçilər – 1 645 436
- Fərdi sahibkarlar – 914 621
- Kənd təsərrüfatı ilə məşğul olanlar – 1 559 022
- Ali məktəblərin əyani şöbəsində təhsil alanlar – 164 119
Beləliklə. bizdə təxminən – ona görə təxminən ki, kənd təsərrüfatı ilə məşğul olanların sayı bir qədər az və ya çox ola bilər – 906 902 nəfər alır. Bu rəqəmdən çağırışçıları (təxminən 50 min nəfərə yaxın) çıxmaq lazımdır. Yerdə təxminən 857 min qalır. Bunlardan ilin əvvəlinə 251,6 min nəfəri rəsmi olaraq işsizdir, qalan hissə barədə bizdə məlumat yoxdur.
Azərbaycanın iqtisadi fəal əhalisi, məşğulluq kateqoriyaları.
Başqa sözlə, 1 yanvar 2020-ci il tarixinə faktiki real işsizlik 16,51 faiz təşkil edib.
Bununla birlikdə, nəzərə almaq lazımdır ki, əyani şöbə tələbələrinin əksər hissəsi də iş axtarışındadır, rəsmi olaraq kənd təsərrüfatında məşğul olanlar isə reallıqda Bakıda və ya başqa bir yerdə başqa iş axtarışında ola bilərlər. Aydındır ki, Azərbaycanda kənd təsərrüfatı iqtisadi fəal əhalinin 10 faizindən çoxunu “məşğul” edə bilməz. İnkişaf etmiş aqrar ölkələrdə belə bu göstərici altı faizi keçmir.
Bir daha xatırladırıq ki, 857 min rəqəmini biz rəsmi məlumatlardan çıxarmışıq. Reallıqda isə, görünür, işsizlərin sayı daha çoxdur (“sahibkar”ların böyük hissəsi günəmuzd işçilərdir ki, onlarla əmək müqaviləsi deyil, xidmətin göstərilməsi üzrə müqavilə bağlanır). Bubiddianın doğruluğuna belə bir fakt da göstərir ki, əmək və əhalinin sosial müdafiəsi nazirliyinin məlumatına görə, işsizliyə görə müavinətin alınması üçün 1,2 milyon nəfər müraciət edib. Başqa sözlə, bu sayda insan özünü işsiz hesab edir. Lakin onların yarısına bunda imtina edilib (müavinəti yalnız 600 min nəfər alıb).
Onu da qeyd etmək lazımdır ki, karantin dövründə rəsmi məlumatlara da dəyişikliklər edilib. Belə ki, dövlət statistika komitəsinin 1 dekabr 2020-ci il tarixinə olan məlumatına əsasən, işsizlərin sayı 100 min nəfər artıb və 365 min olub. Bu isə iqtisadi fəal əhalinin artıq 7 faizidir.
Beləliklə, belə nəticəyə gəlirik ki, 2020-ci ilin əvvəlinə ölkədə 900 min işsiz olub ki, bunların üzdə bir hissəsindən də bir qədər az hissəsi dövlət statistika komitəsi tərəfindən qeydə alınıb. Karantin ona gətirib çıxarıb ki, məşğul (“sahibkar” qismində) olanların az olmayan hissəsi də daimi işsiz qalıb və beləliklə, bu problem daha da dərinləşib.
Həm də bizim vəziyyətdə işsizlik yalnız iqtisadi deyil, həm də sosial problemdir. On milyonluq əhalisi olan ölkədə milyon işsizin mövcudluğunun özü-pzülüyündə bu insanların taleyini düşünənlər üçün norma olmaması barədə isə danışmırıq.