Qayıq dayaz sularda seysmik tədqiqatlar zamanı istifadə olunan partlayıcı maddələr daşıyıb. Lakin SOCAR-da iddia edirlərki, bu maddələr daşınma zamanı tam təhlükəsizdirlər. Başqa sözlə, partlayışın nəyə görə baş verməsi aydın deyil.
Bakı şəhər prokurorluğu “Əməyin mühafizəsi tələblərinin ehtiyatsızlıqdan insan ölümünə səbəb olması ilə nəticələnmiş pozulması” maddəsi üzrə cinayət işi açıb. İstintaq başlayıb.
“Unudulmuş” yanğın
Bu, SOCAR-la bağlı ilk bədbəxt hadisə deyil. Bunların arasında ən ciddi hadisə “Günəşli” neft platformasında baş vermiş yanğın olub.
Həmin yanğın 2015-ci ilin dekabr ayında baş verib, o zaman dənizdə fırtına səbəbindən sualtı qaz kəməri zədələnmişdi. 12 nəfər həlak olmuş, 18 nəfər itkin düşmüşdü.
O vaxt da cinayət işinə (yanğın təhlükəsizliyi qaydalarının pozulması) başlanmışdı. Lakin sonradan istintaqdan səs çıxmadı və son nəticədə heç kim məsuliyyətə cəlb edilmədi. Həlak olanların ailələrinə kompensasiya ödənilmişdi.