2021-ci il iyulun 1-dən Azərbaycanda COVID-pasportlar tətbiq olunacaq. Bütün vaksinasiyadan keçənlər və koronavirusa yoluxub sağalmış vətəndaşlar ötən il karantinə qədər fəaliyyət göstərən bütün obyektlərdən istifadə edəcək. Həmçinin bütün ölkədə mollar, çimərliklər açılacaq, metro işləyəcək.
Azərbaycanın Nazirlər Kabineti yanında Koronavirusla Mübarizə üzrə Operativ Qərargahın brifinqi baş tutub. Ölkə prezidentinin köməkçisi Şahlar Mövsümov karantin rejimi ilə bağlı məhdudiyyətlərlə əlaqədar Operativ Qərargahın mühüm qərarlarını səsləndirib. Beləliklə…
2021-ci il mayın 31-dən Azərbaycanda:
açıq havada maskasız gəzməyə icazə verilir;
Bakı metropoliteni fəaliyyətini bərpa edir (metroda maska taxmaq və sosial məsafəni gözləmək mütləqdir);
şəhərlərarası ictimai nəqliyyatın hərəkəti bərpa olunur.
2021-ci il iyunun 10-dan Azərbaycanda:
məscidlər, kilsələr, sinaqoqlar və digər dini obyektlərin fəaliyyəti bərpa olunur;
mollar və böyük ticarət mərkəzləri işləməyə başlayır;
çimərliklər açılır.
Azərbaycanda COVID-pasportlar tətbiq edilir
Operativ Qərargahın qərarına əsasən, 2021-ci il iyulun 1-dən Azərbaycanda COVID-pasportlar tətbiq ediləcək. Bu sənəd son altı ayda koronavirusa yoluxub sağalmış və COVID-19-a qarşı vaksinin hər iki dozası vurulmuş insanlara veriləcək.
2021-ci iyunun 10-dan COVID-pasportlar idman obyektlərində testdənn keçiriləcək.bütün fitnes mərkəzləri və idman zalları həmin tarixdən öz fəaliyyətini bərpa edəcək, amma həmin yerlərə ancaq COVID-pasportu olan şəxslər buraxılacaq.
Operativ Qərargahın anonsuna əsasən, iyulun 1-dən bu sənədə sahib olanların karantin başlayandan, yəni 2020-ci ilin martından bağlı olan teatrlara, kinoteatrlara və digər əyləncə mərkəzlərinə buraxılması da mümkündür. Həmçinin 2021-ci ilin iyulundan toy və digər kütləvi tədbirlərin keçirilməsinə də icazə verilməsi mümkündür, amma ancaq COVID-pasportu olanların iştirakı ilə.
Prezident köməkçisi Şahmar Mövsümov normal həyata qayıtmaq imkanı əldə etmək üçün hamını ləngimədən vaksinasiyadan keçməyə çağırıb.
Azərbaycanda vaksinasiya
Hazırda Azərbaycanda üç peyvəndlə vaksinasiya mümkündür. Ölkənin bütün poliklinikalarında 18 yaşdan yuxarı bütün arzu edənlər Çin istehsalı Sinovac peyvəndini vurdura bilər.
Bakının iki tibb müəssisəsində digər peyvəndlərdən istifadə olunur. 60 yaşdan yuxarı insanlar istəklərindən asılı olaraq Cənubi Koreya istehsalı AstraZeneka peyvəndini də vurdura bilər. 18 yaşdan yuxarı hər kəs isə istərlərsə, Rusiyanın Sputnik V peyvəndi ilə vaksinasiyadan keçə bilər.
Bu gün Operativ Qərargahın brifinqində yaxın günlərdə ölkəyə böyük həcmdə Pfizer-BioNTech vaksininin gətirilməsi qərarının anonsu da verilib. Bu preparatla vaksinasiyasadan keçmək şərtləri daha sonra açıqlacaq.
Bu günə qədər bütün ölkədə koronavirusa qarşı vaksinin birinci dozası əhalinin 11,34 faizinə, ikinci dozası isə 8,53 faizinə vurulub.