Azərbaycanda amansız cinayət: erkən evlilik iki həftə sonra faciə ilə başa çatıb
Azərbaycanın cənubunda 16 yaşlı qız boğularaq öldürülüb. Qətldə onun “əri” şübhəli bilinir – Baş Prokurorluğun bəyanatında deyilir.
Bu, son bir neçə ay ərzində Azərbaycanda məişət zəminində baş verən artıq ilk qətl deyil. Cinayət Azərbaycan üçün aktual olan iki problemi özündə birlışdirib – məişət zorakılığı və erkən evliliklər. Bu cür səs-küylü hadisələr cəmiyyətin, hüquq müdafiəçilərinin və gender fəallarının diqqət mərkəzinə gəlir, amma vəziyyət hələlik dəyişməz olaraq qalır.
• Azərbaycanda erkən evliliklər: məzun gecəsi əvəzinə toy
• Tabu sındırılıb: Ermənistanda seksual zorakılıq haqda açıq danışmağa başlayıblar
• Gürcüstanda femisid: açıqlanmış ölümlərin xronikası
İki həftə davam edən erkən evlilik
Masallı rayonunun Xoşçobanlı kənd sakini 16 yaşlı Fatimə Qəmbərova iki həftə əvvəl öz həmkəndlisi 19 yaşlı İman Məmmədova ərə verilib. Hazırda isə Məmmədov Qəmbərovanın qətlində təqsirləndirilərək həbs eidlib.
Qətlin səbəbləri hələlik bəlli deyil.
Azərbaycanın bu regionunda erkən evliliklər çox yayılıb və bu da mütəmadi olaraq gender fəallarının, qadın haqları müdafiəçilərinin və jurnalistlərin tənqid və narazılığına səbəb olur.
Azərbaycanda rəsmi evlilik yaşı 18 yaşdır. Sözügedən halda erkən evliliyə rayonun İcra Hakimiyyətinin xüsusi icazə verdiyi deyilir – Oxu.az yazıb.
Sosial şəbəkələrdə reaksiya: “ağır yük”, terror, tamaşa
Media və sosial şəbəkələrdə artıq Fatimənin qətli ilə bağlı qəzəb dalğası yayılmaqdadır.
Bəzi şərhləri təqdim edirik:
“Masallı rayonunda mən çox iyrəncliklər görmüşəm. Valideynlər ancaq öz qızlarından artıq “yük” kimi qurtulmağa çalışırlar. Onları təmtəraqlı toyla ərə verirlər, qızların özlərinin nə fikirləşdiyini heç düşünmürlər də. Bu qızlar heç məktəbə də getmirlər”;
“Bizim ölkəmizdə qadınlara qarşı əməlli-başlı terror gedir”;
“Onların ikisi də hələ uşaqdılar axı, qız da, oğlan da. Toyda məktəb tamaşasında yuxarı sinif şagirdləri kimi görünürdülər. İndi valideynlərindən soruşsan, deyəcəklər ki, masonlar onların üfunət qoxan mentalitetlərini məhv etmək istəyir”.
Qorxunc statistika
Ötən il Azərbaycanda məişət zəminində ən azı on amansız qətl törədilib. Ən səs-küylü hadisələrdən biri gənc qadını ərinin küçənin ortasında, uşaqlarının gözü qarşısında bıçaqlayaraq öldürməsi olub.
Bu statistika qadınlara qarşı zorakılığa etiraz edənlərin dinc yürüşünə səbəb olub. Bu yürüşü təşkil edən gender fəalları ölkə hakimiyyətindən İstanbul konvensiyasının – Avropa Şurasının məişət zorakılığı və qadınlara münasibətdə zorakılığa qarşı beynəlxalq sazişinin ratifikasiya olunmasını tələb ediblər.
2020-ci il yanvarın ortasında isə media əri tərəfindən uzun illər boyu işgəncəyə məruz qalan və uşaqları ilə birlikdə evdən qaçan qadın haqda yazıb.
This project is funded through the Democracy Commission Small Grants Program, U.S. Embassy Tbilisi. The contents of this publication are those of the Author(s) and do not necessarily represent the views of the Department of State.