Azərbaycanda ilk ödənişli yol inşa edilir – artıq mövcud olan ödənişsiz yola paralel olaraq
Bakını Rusiya sərhədi ilə birləşdirən magistral yol ödənişli olacaq. Bu yolda saatda 120 kilometrə qədər sürətlə hərəkət nəzərdə tutulub. Həmin bu ultramüasir yolda tətbiq ediləcək ödənişin həcmi hələlik elan olunmayıb.
Azərbaycanda paytaxtı Rusiya sərhədi ilə birləşdirəcək 150 kilometrlik ilk ödənişli yol inşa edilir. Bu yol artıq mövcud olan digər pulsuz yola paralel olacaq.
• Azərbaycanda velosipedçiləri cərimələməyə başlayıblar, amma onlar üçün infrastruktur yoxdur
• Ermənistanın başladığı kənd. Foto və video
• Abxaziyanın Tkuarçal şəhəri – ayaqda qalmağa çalışan keçmiş kömür paytaxtı
“Artıq yolun Xızı rayonunun Yaşma və Giləzi qəsəbələri arasında yerləşən 30 km-lik hissəsində tikinti işləri bitmək üzrədir. Şabran rayonunun Gəndob kəndi və Qusar rayonunun Samur qəsəbəsi (Rusiya sərhədi) arasında yerləşən 58 km-lik hissəsində isə tikinti işləri bu ilin sonunadək bitəcək”, – Avtomobil Yolları Dövlət Agentliyinin məlumatında deyilir.
Bütün magistral 2021-ci ilin ikinci yarısında istismara veriləcək.
Bu yolda icazə verilən maksimum sürət saatda 120 kilometrə bərabər olacaq. Yeni yolda gediş haqqının həcmi ilə bağlı hələlik heç nə məlum deyil.
Ödənişli yol haqda xəbər sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.
Xarakterik şərhlər:
“Əgər artıq beton örtüklü yol varsa, daha bir yol inşa etmək nəyə lazımdır? Dövlət büdcəsindən böyük məbləğin xərclənməsinin vacibliyi nə ilə izah olunur?”
“Anlamıram, yolu mənim vergi ödədiyim büdcə hesabına tikirlər, başqa sözlə, mənnim pulumla yol tikirlər və mən üstəlik həmin yoldan istifadə etmək üçün pul ödəməliyəm?”
“Bu yolu elə reklam edirlər ki, sanki camaat pullu yolun açılmasına sevinməlidir”.