Azərbaycanın Şərqi Avropa strategiyası. Bakıdan baxış
Azərbaycan və Şərqi Avropa
Bu həftə Slovakiyanın baş naziri və Bolqarıstan prezidenti Bakıya rəsmi səfərlər ediblər. Son zamanlar Azərbaycan Şərqi Avropa ölkələri ilə əlaqələrin inkişafına xüsusi diqqət yetirir. Siyasi icmalçıların fikrincə, Bakının region ölkələri ilə əməkdaşlığı təkcə iqtisadi məsələlər və enerji daşımaları deyil, həm də ümumi təhlükəsizlik maraqlarına əsaslanır.
- “Azərbaycandan çıxış qadağandır” – onlarla fəal və jurnalistə qarşı səfər məhdudiyyəti
- ABŞ-ın Bakıdakı səfiri ilə görüş kömək etmədi – məhkəmə jurnalistləri həbsdə saxladı
- “Moskva regionda yeni reallıqlarla barışmalı olacaq”. Bakıdan baxış
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin ekspertləri Bakı ilə Şərqi Avropa dövlətləri arasında münasibətləri təhlil ediblər.
Azərbaycanın Şərqi Avropa strategiyası
“Şərqi Avropa ölkələri ilə əlaqələr Azərbaycanın xarici siyasət kursunun mühüm istiqamətlərindən birini təşkil edir. Region ölkələrilə artan xətt üzrə inkişaf edən qarşılıqlı münasibətlərin əsasında bir sıra amillər dayanır:
- Ümumi tarix – keşmiş sosialist düşərgəsinə mənsubluq;
- Ortaq çağırışlar – kənardan müdaxilə imkanlarını və asılılıqları azaltmaqla suverenliyin möhkəmləndirilməsi;
- Praqmatik yanaşma – xarici əlaqələrin ideoloji prinsiplər üzərində deyil, milli maraqlar əsasında qurulması.
Azərbaycanın Şərqi Avropa ölkələrilə münasibətləri çoxşaxəli xarakteri ilə seçilir. Tərəflər arasında iqtisadiyyatla yanaşı, siyasi əməkdaşlıq və hərbi-təhlükəsizlik sahəsində də işbirliyi mövcuddur”.
İqtisadi tərəfdaşlıq
“Azərbaycanın enerji daşıyıcılarının tədarükçüləri sırasında Şərqi Avropa ölkələri xüsusi çəkiyə malikdir. Yunanıstan, Xorvatiya, Rumıniya və Çexiya kimi bölgə ölkələri Bakı neftinin alıcıları siyahısındadır. Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılması və regional qaz interkonnektorlarının qurulması sayəsində hazırda Şərqi Avropanın beş ölkəsi – Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan və Serbiya Azərbaycandan mavi yanacaq nəql edir.

Slovakiya və Albaniya ilə də qazın tədarükü üzrə danışıqlar aparılır, həmçinin yaxın illərdə mövcud alıcılar üçün tədarük həcminin artırılması nəzərdə tutulur. Rəsmi Bakı region ölkələrinin enerji mənbələrinin şaxələndirilməsi istiqamətindəki səylərini dəstəkləməklə yanaşı, investisiyalar və təcrübə mübadiləsi vasitəsilə bu ölkələrin müasir daxili enerji infrastrukturunun formalaşdırılmasında yaxından iştirak edir.
Bununla yanaşı, Azərbaycanla Şərqi Avropa dövlətləri arasında yaşıl enerji sahəsində də birgə işlər aparılır. Qara dənizin dibi ilə çəkilən 1,2 min kilometrlik kabel vasitəsilə Azərbaycanda əldə edilən elektrik enerjisinin Macarıstan, Rumıniya və Bolqarıstan kimi ölkələrə nəqli planlaşdırılır”.
Siyasi və hərbi əməkdaşlıq
“Ərazi bütövlüyü, suverenlik problemləri, eləcə də təhükəsizlik təhdidləri kimi ortaq məsələlər Şərqi Avropa ölkələrilə Azərbaycan arasındakı siyasi və hərbi əməkdaşlığı şərtləndirir. Bölgə dövlətləri Avropa və beynəlxalq strukturlarda Azərbaycana qarşı həmlələrin zərərsizləşdirilməsi işinə əhəmiyyətli töhfələr verir. Bugünlərdə Slovakiya və Bolqarıstanın rəsmi Bakının strateji tərəfdaşı olan Şərqi Avropa dövlətləri (Macarıstan, Xorvatiya, Bosniya və Herseqovina, Rumıniya, Serbiya) sırasına qoşulması məhz maraqların uzlaşması sayəsində mümkün olub.

Müdafiə və təhlükəsizlik sahəsində Azərbaycanla region ölkələri arasındakı əməkdaşlıq fəaliyyəti genişlənməkdədir. Son olaraq Slovakiya ilə müdafiə və hərbi-texniki sahələrdə əməkdaşlığa dair sazişlər, xüsusən də birgə silah istehsalı üzrə razılaşma bunu deməyə əsas verir. Həmçinin, Serbiyadan 48 ədəd 155 mm-lik “Nora B52” özüyeriyən haubitsasının alınmasına dair müqavilənin imzalanması, Çexiyadan 70 ədəd 155 mm/L45 DITA haubitsasının tədarükünə dair yayılan xəbərlər Şərqi Avropa ölkələrinin Azərbaycanın hərbi təchizatındakı mühüm rolunun göstəricisidir”.
Nəticə
“Beləliklə də, hazırda rəsmi Bakı Şərqi Avropa dövlətlərilə əlaqələrini müxtəlif sahələr üzrə inkişaf etdirməyə çalışır. Azərbaycan üçün sözügedən region təkcə sabit enerji bazarı olmaqla yanaşı, həm də təhlükəsizliyin təminatı baxımından tədricən daha mühüm rol oynayır.

Azərbaycanla Şərqi Avropa ölkələri arasında logistika sahəsində də geniş əməkdaşlıq perspektivləri mövcuddur. Belə ki, açıq dənizlərə çıxışı olmayan Azərbaycan üçün Qara, Egey, Adriatik və Aralıq dənizləri sahilindəki ölkələrlə dayanıqlı əlaqələrin qurulması ixrac və tranzit imkanlarının artırılması baxımından vacibdir.
Bununla yanaşı, Şərqi Avropa dövlətləri Qərbdəki bəzi qonşularından fərqli olaraq Azərbaycanın haqlı mövqeyinə hörmətlə yanaşır, qayğı və narahatlıqlarını anlayışla qarşılayır, Bakı ilə münasibətlərdə üstün deyil, bərabər hüquqlu tərəfdaş kimi çıxış edirlər.
Odur ki, Avropanın məhz bu qismi ilə əməkdaşlıq Azərbaycanın maraqlarına daha uyğundur”.