Azərbaycanlı məktəblilərə islam dərsləri lazımdırmı?
Sayı mindən az olmayan adam Bakıdakı Təhsil Nazirliyinin binasının qarşısına gəldi. Narazı adamlar dini şüarlar səsləndirir və tələb edirdilər ki, qızlarına hicabda məktəbə getməyə icazə verilsin. Mitinq amansızca dağıdıldı, amma bundan sonra hakimiyyət hicabı məktəb forması ilə geyinməyə icazə verdi. Bunlar o vaxtkı təhsil naziri Misir Mərdanov Azərbaycan məktəblərində hicab geyinməyə qarşı çıxış edəndə baş verdi.
Azərbaycan əhalisinin üçdə bir hissəsi şiə olsa da, ölkənin Konstitusiyasına əsasən, Azərbaycan dünyəvi dövlətdir. Və bu həqiqətən belədir, axı dini təşkilatlar dövlət qurumlarının nəzarəti altındadır. Azərbaycan hakimiyyəti vaxtaşırı xəbərdarlıq edir ki, radikal islama ölkədə “ayaq açmağa” imkan verməyəcək.
Məktəblərdə din ayrıca bir fənn olaraq tədris olunmur, ancaq ümumi məlumatlar verilir.
JAMnews sıravi adamların buna münasibətini öyrənmək üçün Bakının küçələrində sorğu keçirib. Biz islamı məktəblərdə tədris etmək lazımdırmı – sualını verirdik.