Azərbaycanlı əsgərin meyiti Azərbaycan və Ermənistan silahlı qüvvələri arasındakı neytral zonadan götürülüb
Fevralın 19-da Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə azərbaycanlı əsgərin meyiti Ermənistan və Azərbaycan silahlı qüvvələri arasındakı neytral ərazidən evakuasiya olunub.
Akif Elşən oğlu Abbasov bir neçə gün əvvəl naməlum şəraitdə yoxa çıxmışdı.
Ermənistan mənbələrinin yazdığına görə, Azərbaycan tərəfinin xahişi ilə əməliyyat həyata keçirilib və bu əməliyyatda ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik iştirak edib.
Azərbaycan mediası isə “əməliyyatın tərəflərin razılığı ilə həyata keçirildiyini” yazır.
• Erməni və azərbaycanlı jurnalistlər tam məxfi rejimdə qarşılıqlı səfər ediblər
• Azərbaycanda ermənilər haqda susmaq ən salamatıdır