Azərbaycanın böyük şəhərlərində məktəblər yenidən karantinə bağlandı
Epidemioloji vəziyyətin gərgin olması ilə əlaqədar olaraq aprelin 5-dən Bakı və Azərbaycanın bir sıra böyük şəhərlərində məktəblər distant təhsilə keçir. Məktəblərdə əyani tədrisin nə zaman bəpra olunacağı bildirilmir.
- Azərbaycanda vaksinasiya: insanlar nədən narazılıq edir?
- AstraZeneca: xilas, yoxsa təhlükə? Koronavirusa qarşı vaksin ətrafındakı son mübahisələr haqda hər şey
Aprelin 5-dən qeyri-müəyyənliyə qədər
Koronavirusa yoluxma hallarının kəskin artması ilə əlaqədar olaraq bazar ertəsi, aprelin 5-dən Bakı, Gəncə, Şəki və Sumqayıt şəhərlərində, o cümlədən də Abşeron rayonunda orta məktəblər distant tədris rejiminə keçir. Azərbaycanın Təhsil Nazirliyi bu qərara gəlib. Məktəblərin əyani tədrisi nə zaman bərpa edəcəyi sualı açıq qalır.
Bununla belə məktəblərin neçə günlük onlayn-tədrisə keçdiyi açıqlanmayıb. Nazirlikdən əlavə ediblər ki, bu qərar ali və məktəbəqədər təhsil müəssisələrinə aid deyil. Uşaq bağçalarında əyani təlim-tərbiyənin dayandırılması haqda qərarı müvafiq yaşayış yerləri üzrə icra hakimiyyətləri qəbul etməlidir.
Ali məktəblərə gəlincə, hazırda əyani tədris ancaq tələbələrin dərslərdə bilavasitə iştirakını tələb edən ixtisaslar üzrə (mühəndislər, həkimlər və sairə) aparılır.
Cəmiyyətin bir hissəsi onlayn-tədris tərəfdarıdır
Martın 30-da Azərbaycanın Təhsil Nazirliyi ümumtəhsil məktəblərində tədris prosesinin forması ilə əlaqədar ictimai rəyi müəyyən etmək üçün sorğu keçirildiyini açıqlayıb.
İki gün ərzində sorğuda 50 mindən çox insan iştirak edib – qurumun məlumatında deyilir.
Respondentlərin demək olar ki, yarısı (45,7 faiz) bütün siniflərin onlayn-tədrisə keçirilməyinin lehinə fikir bildirib.
Sorğuda iştirak edən 19,5 faiz qeyd edib ki, koronavirusa yoluxma səviyyəsi ölkə üzrə ortadan yüksən olan regionlarda onlayn-tədrisə keçməyin məqsədəuyğun olduğunu qeyd edib, respondentlərin 17,2 faizi hər şeyin olduğu kimi qalmasını, yəni əyani tədrisin davam etdirilməsini istəyib. Respondentlərin ancaq 6,3 faizi V-IX sinif şagirdlərinin onlayn-tədrisə keçirilməsinin lehinə fikir bildirib.
Müəllimlərin vaksinasiyası davam edir
Martın əvvəlindən Azərbaycanda orta məktəblərin yaşı 50-dən yuxarı olan müəllimlərinin vaksinasiyası davam etdirilir. İndiyə qədər COVID-19 virusuna qarşı bütün müəllimlərin 55 faizinə peyvənd vurulub – Təhsil Nazirliyindən bildiriblib.
Bu müddət ərzində bütün ölkə üzrə 40 yaşdan yuxarı bütün vətəndaşlar, o cümlədən də təhsil sahəsinin əməkdaşları pulsuz və könüllü qaydada vaksinasiyadan keçə bilər.
Şərhlər
Sosial şəbəkələrin Azərbaycan seqmentinin istifadəçiləri Təhsil Nazirliyinin məktəblərin karantinə bağlanması haqda qərarını fəal şəkildə müzakirə edirlər. Bəzi xarakterik şərhlər:
“Bu günü düşünüb, gələcəyimizi məhv edirik”.
“Başqa regionlar necə olsun, yoluxmağa davam etsinlər?”
“Bu camaat oxumaq istəmir də, əl çəkin”.