Azərbaycandan Məkkəyə həcc ziyarətinin qiyməti təxminən 4500 dollardır
Müsəlmanlar üçün müqəddəs olan Məkkə şəhərinə ziyarətə getmək üçün Azərbaycan sakinləri 4490 dollar ödəməlidirlər. Qafqaz Müsəlmanları İdarəsinin – illik ziyarətin (həccin) rəsmi təşkilatçısının qiyməti belədir. Həcc ziyarətini özəl operatorlar da təşkil edirlər.
Hər bir ölkədən zəvvarların sayı və digər təfərrüatlar Səudiyyə Ərəbistanının hakimiyyəti ilə razılaşdırılır. 2020-ci ildə həcc ziyarəti 20 iyuldan 15 avqusta qədər olan dövrə nəzərdə tutulub. Həccə getmək üçün Azərbaycandan hələlik yüz nəfər sifariş verib. Ümumilikdə isə, Azərbaycandan olan zəvvarların sayına limit 2020-ci ildə 1500 nəfər təşkil edir.
Sifariş vermiş insanların arasında artıq bir dəfə Məkkədə olmuş, lakin təkrarən həccə getmək arzusunda olanlar da var – bu barədə Report xəbər verir. Əvvəllər belə olan hallarda 75 dollar həcmində əlavə ödəniş tələb edilirdi. Bu il həmin qayda ləğv olunub.
• Hicab, yoxsa iş – Azərbaycanda müsəlman qadınlar diskriminasiyadan şikayət edirlər