Basqal bələdiyyə sədri, əvvəllər ARB TV-nin rəhbəri olmuş Nadir Şəfiyevin oğlu, 38 yaşlı Yusif Şəfiyev AzTV-nin xanım əməkdaşını intim şəkilləri ilə şantaj etdiyi üçün həbs olunub.
AzTV-nin xanım əməkdaşı A.S. ilə (ad və soyad şərtidir) bir müddət münasibətdə olan Yusif Şəfiyev xanımla münasibəti bitdikdən sonra onun intim fotolarını sosial şəbəkədə yaymaqla təhdid edərək, qadından dəfələrlə pul tələb edib.
Tələb etdiyi pulların ona verilməyəcəyi halda həmin xanıma aid şəxsi fotoları yaymaqla onu hədələyib. Xeyli miqdar pulu əldə etdikdən sonra isə fotoları montaj edərək öz açdığı instagram səhifəsində paylaşıb.
Bu hadisədən sonra Yusif Şəfiyev barəsində Binəqədi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə cinayət işi başlanıb.
Şəfiyev Yusif Nadir oğlunun törətdiyi cinayət əməlinə görə ona cinayət məcəlləsinin həmin maddəsi ilə ittiham elan edilməklə barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Yusif Şəfiyevin atası Nadir Şəfiyev ARB TV-nin rəhbəri vəzifəsində çalışıb.