Azərbaycanda mehmanxanalar çiçəklənir
Turizm sahəsində yeni rəsmi statistika maraqlı rəqəmləri ortaya çıxarır:
[yes_list]
- Azərbaycan mehmanxanaları ötən illə müqayisədə 1.5 dəfə (42,9 faiz) daha artıq qonaq qəbul edib.
- Turistlər ölkədə orta hesabla iki gecə keçiriblər – ötən illə müqayisədə iki dəfə artıq.
- Ən çox turist az əvvəl yeni turist kompleksinin açıldığı Qəbələ rayonuna gəlib. Burada mehmanxanalardakı yerlərin 88 faizinin dolduğu göstərilir.
- Turizmdən gələn gəlir ümumilikdə ilk yarım illik üzrə ötən ilin eyni dövrü ilə müqayisədə 40 faiz çoxdur.
- Turizm sahəsində hazırda on min nəfər çalışır, bu isə ötən illə müqayisədə 11,8 faiz çoxdur.
[/yes_list]
“Statistika regionlar üzrə maraqlı göstəricilər nümayiş etdirib. Məlub olub ki, Qəbələ və Şahdağ faktiki olaraq uğurlu turizm məhsuluna çevrilib”, – iqtisadçı ekspert Toğrul Maşallı deyir.
Qəbələ rayonunda və Şahdağ Milli Parkında (müvafiq olaraq Azərbaycanın Şimalında və Şimal-Qərbində) az əvvəl yüni turizm kompleksləri: bir neçə otel və süni qarlı dağ-xizək kurortu inşa edilib.
Toğrul Maşallının məqaləsindəki göstəricilərdən istifadə edilib.