Azərbaycanda “Media haqqında qanun”: Qarabağ haqda danışmaq daha da çətinləşəcəkmi?
Azərbaycanda qəbul olunan yeni “Media haqqında qanun” müstəqil jurnalistlər tərəfindən azad söz haqqından tam məhrum etmək cəhdi kimi qəbul edilib. Bəs qanun əvvəl də asan və təhlükəsiz olmayan Qarabağ münaqişəsinin işıqlandırılması məsələsinə necə təsir edəcək?
Azərbaycan hökuməti media sahəsini tam nəzarətdə saxlamaq haqqını özündə saxlayır, hər halda prezidentin imzasından sonra qüvvəyə minəcək yeni “Media haqqında qanun”dan belə çıxır.
Məsələn, jurnalistlərin və media strukturlarının reyestrdə qeydiyyata alınması və jurnalist fəaliyyətinə lisenziya verilməsi planlaşdırılır. Bir çox yerli və beynəlxalq ekspertlər bunu senzuranın leqallaşdırılması hesab edir və qnunun ölkədə söz azadlığını daha da məhdudlaşdıracağını proqnozlaşdırırlar.
Aytən Fərhadova, jurnalist:
“Yeni qanun müstəqil jurnalistlər üçün tələdir və ilk növbədə elə münaqişəni işıqlandıran jurnalistlər üçün.
Bu, həmişə çətin və təhlükəli sahə olub. Üstəlik çətinliklər ancaq bilavasitə hakimiyyət tərəfindən yaradılmırdı. Məsələn, 2016-cı ildə mən qanunsuz olaraq orduya aparılmış oğlanın (o, obyektiv olaraq hərbi xidmətə yaramırdı) ailəsindən müsahibə alırdım. O, təmas xəttinə düşmüşdü və həlak olmuşdu.
Həmin ərəfədə Ermənistanda əsgər anaları cəbhə xəttində ölüm halarına etiraz edirdilər. Müsahibə zamanı mən həlak olmuş bu oğlanın anasından soruşdum ki, o, hərbə qarşı hər hansı çağırışla çıxış etmək istəyirmi? Bütün evdəkilər anındaca üstümə sözlü hücum etdilər. Başladılar soruşmağa ki, məni kim göndərib, tapşırdılar ki, onlar haqda heç nə yazmayaq. Onların gözündə mən təxribatçı idim.
Jurnalistlərin fəaliyyətini qanunsuz elan edən (aydındır ki, heç kim bizə lisenziya verməyəcək) yeni qanun qəbul edildikdən sonra isə istənilən bu cür münaqişə jurnalistin saxlanması ilə yekunlaşa biləcək.
Xülasə, əgər indiyə qədər müstəqil jurnalistlər və media münaqişəni işıqlandırdıqları zaman nazik buz üstündə yeriyirdilərsə, indi artıq buz daha da nazilib və vəziiyyət daha da pisləşib.
Digər tərəfdən isə müşahidələrimə görə, müharibədən sonra bu mövzuda yazan jurnalistlərin sayı daha da azalıb. Dövlətin rəsmi mövqeyindən fərqlənən fikirləri səsləndirənlər isə artıq qat-qat azdır.
Ümumiyyətlə müharibədən sonra vəziyyət çox dəyişib. Bu, artıq bizim alışdığımız münaqişə deyil. Onun işıqlandırılması üçün də tam yeni format tələb olunur, amma məhz hansı, hələlik bu haqda heç kim düşünmür.
Hüseyn İsmayılbəyli, regional layihənin redaktoru:
“Hazırda münaqişəni işıqlandıran müstəqil jurnalistlər qarşısında duran keçilməz maneə azad edilmiş ərazilərə səfər etmk imkanının olmamasıdır.
Bizim praktiki olaraq ora getmək şansımız yoxdur. Rəsmi olaraq sadəcə vətəndaşların ora getməsi qadağandır, çünki bu ərazilər hələ də minalardan təmizlənməyib. Səfərlər sırf hakimiyyət tərəfindən təşkil olunur və ancaq hökumətyönlü media strukturlarından olan jurnalistlər bu səfərlərə dəvət edilir.
Yeni qanun da bu vəziyyəti pisləşdirməyəcək, çünki daha pis olması artıq mümkün deyil.
Rəsmi mənbələrdən informasiya toplamaqla bağlı çətinliklər ola bilər. amma yenə də bu problemlər onsuz da var idi. Məsələn, müstəqil jurnalistlərin müxtəlif strukturlara göndərdiyi sorğular. Bu sorğular əvvəllər də demək olar ki, həmişə iqnor edilib, indi isə bunu “leqal” şəkildə edə biləcəklər.
Reyestrə düşə biilməyən jurnalistlər idə faktiki olaraq sadə vətəndaşa çevrilirlər, hər hansı jurnalist səlahiyyətləri və üstünlükləri qalmır.
İndi artıq çətin ki, Qarabağ mövzusunda küçələrdə sorğu keçirmək mümkün olsun.
Amma evində kompüterinin qarşısında analitika ilə məşğul olan insanlar üçün yeni qanun qəətiyyən heç nəyi dəyişməyəcək.
Mən düşünmürəm ki, münaqişəni işıqlandıran müstəqil jurnalistlər bu məsələ ilə bağlı hakimiyyətin mövqeyindən fərqlənən fikirlər yazmaqdan çəkinəcəklər.
Redaktorluq təcrübəmdə daha çox başqa problemlə qarşılaşmışam – genişmiqyaslı dövlət təbliğatı üzündən jurnalistlərin özləri bəzən sadəcə məsələlərə obyektiv yanaşmağa qadir olmurlar”.
Asəf Quliyev, jurnalist:
“Bu yeni qanunda yeni heş nə yoxdur, çünki qanun sadəcə çoxdan mövcud olan vəziyyəti legitimləşdirir.
Ən pis olan odur ki, Azərbaycanda münaqişə mövzusunda ixtisaslaşan və bundan yaxşı başı çıxan jurnalistlər çox azdır.
Əlbəttə ki, bu, çox mürəkkəb mövzudur. Düzdür, nə cəmiyyətin, nə də rəsmi strukturların ürəyindəndir. Münaqişə haqda yazanların çoxu “düşmən obrazının ifşasına” fokuslanır. Hadisələrin obyektiv əks olunması ikinci plana keçir. Bunun üçün alternativ informasiya mənbələrinə çıxış olmalıdır, Azərbaycan jurnalistlərin isə bu çıxışı çox məhduddur.
Mənə məlum olduğu qədər, xaricdən maliyyələşənlərdən başqa heç bir Azərbaycan mediasının Ermənistanda və Qarabağ erməniləri arasında informasiya mənbələri yoxdur. Çünki rəsmi çevrələr bunu istəmir.
Kədərlidir ki, indi, müharibədən sonra Azərbaycan jurnalistikasında əvvəlki stereotiplər hökm sürür. Yalnız kiçik marjinallar qrupu sülhə çağırır, amma onlar kifayət qədər səriştəli deyillər və onların çağırışları kifayət qədər arqumentli deyil.
Münaqişədən yaxşı başı çıxan və sülhü dəstəkləyən tək-tük insanlar isə ümumi fonda itib-batır.
Axı Ermənistana da, Azərbaycana da bu gün heç vaxt olmadığı qədər sülh lazımdır. Amma səthi və təhrif olunmuş məlumatlar üstünlük təşkil etdiyi üçün bu sözün özü də cəmiyyətdə aqressiyaya səbəb olur.
Bu münasibəti yalnız informasiya mühitini dəyişərək dəyişmək mümkündür. Amma bununla hər iki ölkənin hökuməti məşğul olmalıdır”.
Bu hekayə “Trayektoriya” media layihəsinin bir hissəsidir. Layihə Cənubi Qafqazda münaqişənin həyatlarına toxunduğu insanlardan bəhs edir. Bütün Cənubi Qafqazdan olan müəlliflər və redaktorlarla işləyir və münaqişələrin heç birində tərəflərdən heç birini dəstəkləmir. Bu səhifədəki materiallara görə müəlliflər məsuliyyət daşıyır. Əksər hallarda toponimlər müəlliflərin cəmiyyətlərində qəbul olunduğu kimi istifadə edilir. Layihə Avropa İttifaqının dəstəyilə GoGroup Media və International Alert təşkilatları tərəfindən həyata keçirilir.