Azərbaycanda koronavirusdan dördüncü ölüm
17 yeni yoluxma halı təsdiqlənib, yoluxanların ümumi sayı 182 nəfərə çatıb
Azərbaycanda koronavirusdan dördüncü ölüm hadisəsi qeydə alınıb.
17 yeni yoluxma halı təsdiqlənib.
Yoluxanların ümumi sayı 182 nəfərə çatıb.
15 nəfər sağalıb.
163 nəfər xəstəxanadadır.
Ümumilikdə virusun müəyyən edilməsi üçün 25 mindən çox test həyata keçirilib.
69 yaşlı dördüncü ölən şəxs ikitərəfli pnevmoniya, diabet və ürək problemlərindən əziyyət çəkirmiş – APA məlumat verib.