Avqustun 15-dən Azərbaycanda internet qiymətləri artacaq
Azərbaycanda internet qiymətləri artacaq
Azərbaycanda internet xidmətləri bazarının inhisarçıları olan “Aztelekom” MMC və “Baktelekom” MMC avqustun 15-dən internet paketinin minimum aylıq qiymətini 40 Mbit/s üçün 18 manatdan 100 Mbit/s üçün 25 manata qaldırmaq barədə razılığa gəliblər. Bu şirkətlər yeni qiymətin izahatı ilə ictimaiyyəti inandırmağa çalışırlar ki, internet sürəti 2,5 dəfə artacağı üçün qiymət əslində ucuzlaşacaq və bununla da Mbit/s-nin qiyməti 45 qəpikdən 25 qəpiyə enəcək. Şirkət yüksək trafik sürətini təmin edəcək texniki yeniliklər barədə məlumat vermir.
- “Borclu borclunun sağlığını istəyər”. Azərbaycan və Fransa münasibətləri haqda
- “Nişanlanana qədər xalam qızı ilə çox yaxşı dost idik” – Azərbaycanda qohum evlilikləri
- Avropa Məhkəməsi tanınmış hüquq müdafiəçilərinin Azərbaycana qarşı şikayətləri ilə bağlı qərar çıxarıb
Danılmaz fakt ondan ibarətdir ki, internet trafiki artıq 18 manata satılmayacaq (əhalinini mtiyazlı dar kateqoriyası istisna olmaqla). Ödəniş 25 manatdan başlayacaq. Əhali hazırkı qiymət və trafik sürətlə interneti almaq imkanından məhrum olacaq. 4G sürəti (100 Mbit/s) istəyənlər onsuz da 25 manat və daha çox ödəyib daha yüksək sürətli internet əldə edə bilirdi. Əhalinin aztəminatlı hissəsi isə mövcud tarif və trafiklə kifayətlənirdi. Amma avqustun 15-dən bu mümkün olmayacaq.
İctimaiyyət narazıdır. Hüquqşünas Məmməd Səlimov baş verənləri əhalinin aldadılması və seçim hüququndan məhrum edilməsi adlandırır. O, vətəndaşları “Aztelekom”la bağlı hökumətə kollektiv şikayətlər göndərməyə çağırır ki, az sonra bu şirkət qiyməti özbaşına 50 manata qaldırmaq istəməsin.
Digərləri xatırlayır ki, həmin şirkətlər maya dəyərini 10 manatdan 18 manata qaldıranda da rabitənin keyfiyyətini kökündən yaxşılaşdıracaqlarına söz vermişdilər. Amma bahalaşmadan sonra internetin keyfiyyətində heç bir dəyişiklik baş verməyib. İnsanlar həmçinin ictimai nəqliyyatda gediş haqqını qaldırarkən də oxşar təbliğat üsullarından istifadə olunduğunu yada salıblar, bu zaman da xidmət keyfiyyəti dəyişmədən qiymət artmışdı.
Multimedia İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz Facebook səhifəsində yazır ki, “Aztelekom”un arqumentləri məntiqsizdir və fakta əsaslanmır”.
“Baş verənlər ölkənin telekommunikasiya bazarında müstəqil tənzimləyicinin olmadığını göstərir. İstehlakçıların maraqlarını qorumaq üçün yaradılan İnformasiya və Kommunikasiya Texnologiyaları Agentliyi müstəqil deyil”, – deyə o bildirir.
Ekspert hesab edir ki, “Aztelekom” nə Rəqəmsal İnkişaf Nazirliyindən və onun tabeliyində olan qurumdan, nə də məhz bu səbəbdən tərəfindən məhkəməyə verildiyi Antiinhisar Xidmətindən qorxur.
Osman Gündüz bildirir ki, “Aztelekom” texniki imkanları ilə 100 Mbit/s minimum trafik sürətini təmin edə bilmir. O, əmindir ki, hətta 40 Mbit/s də “Aztelekom”un imkanlarından kənardır. Mütəxəssis “Aztelekom”un yeni qiymətlərlə manevrini bazarda alıcıları aldatmaqla müqayisə edir:
“Aztelekom güman ki, müqavilədə nəzərdə tutulanı deyil, aşağı sürətləri təqdim edəcək, sadə vətəndaşların bundan xəbəri olmayacaq. Onlara qarşı sadəcə “çəkidə oğurlamaq” prinsipi tətbiq ediləcək, satıcı ucuz qiymətə məhsul təklif edir, lakin alıcını çəkidə aldadır”.
Ekspert “Aztelecom” MMC-ni ilk dəfə olaraq beynəlxalq bazarda aldığı trafikin dəyərini və əhalinin sayı və tələbatını göstərməklə əhaliyə satış həcmini açıqlayaraq yeni qiymətin əsaslılığını izah etməyə dəvət edir. Dövlət nəzarət xidmətlərini isə inhisarçı “Aztelekom”la bağlı araşdırma aparıb, bu dövlət şirkətinin gəlirləri ilə xərcləri arasında ağılasığmaz fərqi ortaya çıxarmağa çağırır.