Azərbaycanda dövlət qəbiristanlıqları ciddi nəzarət altına götürür
Baş daşları, qəbirin dərinliyi ilə bağlı standartlar müəyyən olunub, çəpərlər çəkmək qadağandır
Yeni qanun “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları” adlanır. Burada ölümdən dəfnə qədər bütün hərəkət qaydaları dəqiq qeyd olunur: mərhumun məlumatlarının dövlət reyestrinə salınması, qəbiristanlıqlar hansı xidmətləri göstərə bilər, harada qəbiristanlıq salmaq olar və eksqumasiya neçə keçirilməlidir. Hətta sonradan qəbirə qulluqla bağlı məsələlər də təsvir olunur: ətrafında gül əkmək, təmizliyə riayət etmək.
Qanuna riayət olunmasına bələdiyyə nəzarət edəcək.
• Ermənistanda Azərbaycan qəbiristanlığı
Bu cür sərt məhdudiyyətlər nəyə lazımdır?
Əvvəllər Azərbaycanda mərhumun dəfn edilməsi ilə bağlı dəqiq qaydalar olmayıb. Rəsmi olaraq qəbir üçün torpaq “pulsuz” olub, qəbiristanlıqlara qulluq üçün dövlət rüsumu olub. Amma nəzarətin və dəqiq qaydaların olmaması qəbiristanlıqda “dərəbəyliyə” gətirib çıxarırdı, qəbiristanlıqda “daha yaxşı” yerlər çox baha qiymətə satılırdı.
Torpağı əvvəlcədən “bütün ailə üçün” alıb, çəpərləmək mümkün idi. Bəzi bakılıların isə bu cür çəpərlənmiş yerləri hələ hər bir adamın gəlib, özü üçün istənilən böyüklükdə torpaq sahəsi seçə bildiyi vaxtlardan olub.
Sənədlərə gəlincə, bəzi Azərbaycan vətəndaşları ölüm şəhadətnaməsini qohumlarının ölümündən ancaq bir neçə il sonra ala bilirdilər.
Sadə vətəndaşlar üçün nə dəyişəcək?
İndi yeni qanundan sonra
- Mərhumun bütün məlumatlarını ölümdən dərhal sonra dövlət reyestrinə daxil etmək lazımdır, çünki bunsuz qəbiristanlıqda yer ayrılmayacaq;
- heykəl qoymaq və böyük baş daşları ucaltmaq olmaz;
- yeri əvvəlcədən almaq mümkün olmayacaq – ancaq mərhumun həyat yoldaşı üçün;
- qəbiri çəpərləmək olmaz.
Hər şey nədən başladı
Təxminən bir il əvvəl artıq bu cür qanun Naxçıvan Muxtar Respublikasında (Azərbaycanın tərkibində eksklav) tətbiq olunub. Burada dəbdəbəli baş daşlarına qadağa qoyaraq, vahid “qəbir normativi” müəyyən etdilər. Həm də bildirilib ki, tezliklə bu qayda ölkənin hər yerinə aid ediləcək. Bu mövzu sosial şəbəkələrdə də müzakirələrə səbəb oldu:
“Dirilərin problemlərini həll etdilər, qaldı ölülər. Bu, hər kəsin şəxsi işidir. Həm də “dəbdəbəli” deyəndə, onlar nəyi nəzərdə tuturlar?”;
“İstəyəndə normal qadağalar fikirləşib tapa bilirlər. Yoxsa qəbiristanlıqları mavzoleylərə çeviriblər”;
“Kasıb adamlar onsuz da dəbdəbəli baş daşları qoya bilmir. Varlıların isə qadağalar vecinə də deyil”.