Azərbaycanda dini adlar artıq populyar deyil
Azərbaycanlı valideynlər övladlarına daha az dini adlar qoymağa başlayıb. Bunu Nazirlər Kabineti yanında terminologiya komissiyası müşahidə edib.
Hardasa on il ərzində Azərbaycanda Qurandan götürülmüş adlar dəbdə idi. Yeni doğulmuş qızlara adətən Məhəmməd peyğəmbərin xanımları, qızları və başqa qohumlarının şərəfinə Fatimə, Mədinə, Xədicə, Zəhra adları qoyurdular. Oğlanlar müvafiq olaraq onun kişi qohumları və səhabələrinin şərəfinə Əli, Yusif, Hüseyn və Həsən adları alırdı.
Ədliyyə Nazirliyinin məlumatına görə, 2017-ci ildə oğlanlar arasında ən populyar ad Yusif, qızlar arasında isə Zəhra idi. Elə bu adlar 2011-2018-ci illər arası da ən populyar adlar hesab olunurdu.
Bu il isə oğlanlara daha çox türk – Tural, Tunqay, Teymur, Cavanşir adları qoyurlar.
Son zamanlar dəbə qızlar arasında xüsusilə Dəniz, Jasmin, Selin kimi türk və qərb adları minir.