Azərbaycanda açıq havada işləyən kafe və restoranların fəaliyyətinə icazə verilib
Avqustun 18-dən Bakıda və Azərbaycanın daha 12 şəhər və rayonunda açıq havada işləyən kafe və restoranlar açıqlacaq. Ərzaq dükanlarından və apteklərdən savayı, digər obyektlər kimi, onlar da iyunun 20-dən koronavirus pandemiyası səbəbindən sərt karantin tədbirləri çərçivəsində bağlı idi.
İş saatı səhər 9-dan axşam 10-a kimi müəyyən edilib. Bununla yanaşı, qəlyandan istifadə qadağan olunub. Bir masa arxasında altı nəfərdən çox adamın yığışmasına da icazə verilmir.
• Koronavirus dövründə Bakıda çimərliklər “qanuni” və “qeyri-qanuniyə” bölünüb
• Rusiya prezidenti koronavirus peyvəndinin yaradıldığı haqda bildirib: inanmaq olarmı?
• Beşinci dəfə: Ermənistanda fövqəladə vəziyyət yenidən uzadılıb
Azərbaycanın paytaxtında və bir sıra digər regionlarında sərt karantin rejimi iyunun 20-dən tətbiq olunur. Altı həftə ərzində inanlar evlərini sərt limitləndirilmiş vaxt ərzində əvvəlcədən hakimiyyətdən sms razılıq almaqla tərk edə bilirdi.
Avqustun 5-dən bu tələb ləğv olunub, lakin əvvəlki kimi, ticarət mərkəzləri işləmir, həftəsonları isə ictimai nəqliyyat fəaliyyət göstərmir.
Bakıda artıq iki aydır ki, metro işləmir.
Azərbaycanda son günlərdə koronavirusa yoluxma halları artmaqdadır. Avqustun 14-də verilən məlumata görə, sutka ərzində 102 yeni yoluxma hadisəsi aşkarlanıb, xəstələnənlərin ümumi sayı 34 018-ə çatıb. 504 nəfər ölüb, 31 490 nəfər sağalıb.