Azərbaycanda abortların sayı əhəmiyyətli dərəcədə artıb
Son dörd ildə Azərbaycanda qeyd olunan abortların sayı demək olar ki, iki dəfə artıb. Dövlət Statistika Komitəsinin rəsmi göstəriciləri bundan xəbər verir.
Diri doğulan uşaqların sayı durmadan azaldığı halda abortların sayı ildən ilə çoxalır. Əgər dörd il əvvəl təqribən 6 doğulan uşağa bir abort düşürdüsə, bu gün hər dörd doğulan uşağa bir abort düşür.
Bir qayda olaraq, ekspertlər abortların sayının artmasının səbəbini əhalinin yetəri qədər maarifləndirilməməsində görürlər.
Həkim, mama-ginekoloq Elnarə Hüseynova:
“Ölkənin ucqar rayonlarında bu problem xüsusən kəskindir, orada qadınlar heç cürə kontraseptiv qəbul etməyə razılaşmırlar. Bir çox qadınlar hələ də əmindirlər ki, hormonlar zərərlidir, onlar sağlamlığa təsir edir, halbuki abortlar daha çox ziyanlıdır”, – Hüsuynova “Exo” qəzetinə deyib.
Azərbaycanın Mamalıq və Ginekologiya İnstitutunun həkimi Leyla Məmmədova abort statistikasının artmasının başqa səbəbindən danışır. Onun fikrincə, “rəsmi” abort sayının artması xəstəxanalarda nəzarət sisteminin yaxşılaşması ilə bağlıdır, çünki bu yolla daha çox abortların qeydə alınması mümkün olub.
Azərbaycanda abortların ən çox yayılmış səbəbi gələcək uşağın cinsiyyəti ilə bağlıdır. Ailələr varis-oğlan istəyir, qızlardan isə qurtulurlar. Selektiv abortlar hələ də Azərbaycanın ən aktual problemlərindən biri olaraq qalır.
Azərbaycanda selektiv abortlar problemi haqda JAMnews-un materiallrından oxuya bilərsiz:
Heç vaxt doğulmayacaq qızlar: köhnə mövzu, yeni hekayələr
Selektiv abortlar yenidən Azərbaycanda diqqət mərkəzindədir