Azərbaycanda 18 nəfər dini ekstremizm və digər cinayətlərdə günahkar bilinib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə qəsdən adam öldürmədə və digər cinayətlərdə ittiham olunan “Müsəlman Birliyi” hərəkatının lideri Taleh Bağırzadə [Nardaran qəsəbəsində baş verən iğtişaşları yatırmaq üçün keçirilən əməliyyat zamanı 6 nəfər həlak olub] 20 il müddətinə azadlıqdan məhrum edilib. Azadlıq Radiosunun xəbər verdiyi kimi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini 10 il həbs cəzası alıb. Bu işlə bağlı ittiham olunan qalan 16 nəfər isə 14, 17 və 19 il müddətinə məhkum edilib.
Məhkum olunmuşlar özlərini günahkar saymır. AXCP sədri Əli Kərimli bəyan edib ki, ittiham olunanların günahı sübuta yetirilməyib.
•Hüquq müdafiəçilərinin məlumatına görə, “Nardaran işi” üzrə hazırda 78 nəfər həbsdədir.
•2015-ci il noyabrın 26-da hüquq-mühafizə orqanları Taleh Bağırzadənin evində xüsusi əməliyyat keçirib. O və “Müsəlman Birliyi”dən olan tərəfdaşları dini ekstremizm və silahlı dövlət çevrilişinə cəhddə ittiham edilirdilər.
•Əməliyyat zamanı silahlı qarşıdurma baş verib və 6 nəfər, o cümlədən də iki polis əməkdaşı qətlə yetirilib.
Dərc olunub 25.01.2017